Vuçiç Azərbaycan məhsullarını təriflədi: Balkan bazarlarına yeni ixrac imkanları açıla bilər

Vuçiç Azərbaycan məhsullarını təriflədi: Balkan bazarlarına yeni ixrac imkanları açıla bilərXəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev ilə Belqradda keçirilən görüşdən sonra verilən birgə bəyanatda Vuçiç Azərbaycanın xüsusilə Zirə pomidorunun və Naxçıvan məhsullarının dadını bəyəndiyini bildirib. Eyni zamanda zirə bölgəsindən gələn xiyarların çox ləzzətli olduğunu qeyd edib. Vuçiçin Azərbaycan kənd təsərrüfatı məhsullarını yüksək qiymətləndirməsi bu sahədə ixrac imkanlarının genişlənməsi perspektivini yenidən gündəmə gətirib. Onun fikirləri Azərbaycan kənd təsərrüfatı məhsullarının beynəlxalq səviyyədə tanınması və yeni ixrac bazarlarına çıxışı baxımından mühüm siqnal hesab olunur. 
Bundan sonra Azərbaycan kənd təsərrüfatı məhsulları daha çox hansı ölkələrə ixrac oluna və hətta hansı ölkələrin dövlət rəhbərlərinin süfrələrində yer ala bilər?
REAL partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli azxeber.com-a açıqlamasında deyib ki, Balkanların ətrafında olan digər ölkələrə də məhsullar ixrac oluna bilər:
"Azərbaycandan Avropaya kənd təsərrüfatı məhsulları çox az ixrac olunur. Amma buna baxmayaraq ixracın böyük potensialı mövcuddur. Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracında Rusiya bazarından asılılığını azaltmaq üçün alternativ bazarlara çıxışın təmin olunmasına təcili ehtiyac var. Uzun illərdir ixracın əsas istiqamətlərindən biri məhz Rusiya olub. Bu baxımdan Serbiya kimi, Balkanların mərkəzində yerləşən və ətrafında bir sıra kiçik ölkələrlə əhatə olunan dövlətlər yeni ixrac imkanları baxımından perspektivli hesab olunur. Bu ölkələr vasitəsilə regionun digər bazarlarına da çıxış əldə etmək mümkündür".
Ekspert deyib ki, AB üzv olan ölkələrə məhsul ixrac etmək çox mürəkkəbdir:
"Serbiya hələlik Avropa Birliyi üzvü deyil. Avropa Birliyinə üzv ölkələrə məhsul ixrac etmək daha mürəkkəb prosedurlar, çoxsaylı sertifikat tələbləri və ciddi tənzimləmə mexanizmləri səbəbindən daha çətin olur. Bu isə Avropa Birliyinin biznesə maneəçiliyinin təzahürüdür. 
Serbiya və Balkan regionunda Avropa Birliyinə daxil olmayan digər ölkələrlə əməkdaşlıq isə yeni bazarlara çıxış baxımından daha əlverişli istiqamət kimi qiymətləndirilə bilər".
Natiq Cəfərli vurğulayıb ki, yerli məhsullar beynəlxalq ictimaiyyətə daha geniş şəkildə təqdim olunmalıdır:
""Bu potensialdan istifadə etmək üçün məqsədyönlü fəaliyyət həyata keçirilməli, məhsulların tanıdılması üçün təqdimatlar təşkil olunmalı, reklam və marketinq strategiyaları gücləndirilməli, yerli məhsullar beynəlxalq ictimaiyyətə daha geniş şəkildə təqdim olunmalıdır. Bununla belə, hazırda ixracın böyük hissəsinin Rusiya bazarına yönəlməsi və istehsalçıların bu bazara alışması yeni bazarlara çıxış prosesinin sürətini müəyyən qədər məhdudlaşdırır". 
Şahanə Ziyad

İqtisadiyyat       Tarix: 18 fevral 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək

17 oktyabrda "AWS User Group Baku"nun təşkilatçılığı və Azercell-in dəstəyi ilə Bakıda "AWS Agentic Football Cup" keçiriləcək. Tədbirdə iştirakçılar süni intellektlə idarə olunan futbol komandaları yaradara

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

"Kontakt"dan ad günü sürprizi: kontakt.az-da yenilik var

Azərbaycanda elektron ticarətin inkişafında ön sıralarda gedən "Kontakt"ad günü ərəfəsində onlayn alış-veriş platforması olan saytınıyeniləyib. İndi məhsulu tapmaq, seçmək və sifariş vermək daha asandır. Bu, -ı

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd


azerbaycan xeberleri yeni xeberler son xeberler bugunun xeberleri krimnal bugun son xeberler 2026 ən son xəbərlər