Vüqar Oruc: "Sosial rifahın yüksəlməsi üçün yeni impulslar yaranacaq

Vüqar Oruc: Prezident İlham Əliyev "Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanunu təsdiqləyib.
Dövlət başçısı, həmçinin qanunun tətbiqini təmin etmək məqsədilə "Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Fərman da imzalayıb.
Rəqabət Məcəlləsi 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.
Bundan sonra üç qanun ləğv ediləcək:"Antiinhisar fəaliyyəti haqqında" 1993-cü il 4 mart tarixli 526 nömrəli qanun, "Haqsız rəqabət haqqında" 1995-ci il 2 iyun tarixli 1049 nömrəli qanun, "Təbii inhisarlar haqqında" 1998-ci il 15 dekabr tarixli 590-IQ nömrəli qanun. Nazirlər Kabineti 4 ay müddətində Rəqabət Komissiyasının yaradılması, tərkibi, rəqabət komissiyası tərəfindən işlərə baxılması və qərarların qəbul edilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiqləməlidir.
Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti Vüqar Oruc azxeber.com-a bildirib ki, Rəqabət Məcəlləsi ölkəmizdə rəqabət mühitinin təmin edilməsi və haqsız rəqabətin aradan qaldırılması üçün hüquqi çərçivənin müəyyən edilməsi məqsədilə hazırlanıb. Məcəllə hökmran mövqedən sui-istifadənin qarşısının alınması və rəqabət neytrallığının təmin olunmasına xidmət etməklə yanaşı, sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılmasına da şərait yaradacaq. Yeni sənəd, eyni zamanda, kartel tipli əlaqələrin qarşısının alınmasına, təbii inhisarların fəaliyyətinə səmərəli nəzarətin təşkilinə, haqsız rəqabət hallarının aradan qaldırılmasına imkan verəcək.
Rəqabət Məcəlləsinin bir çox üstünlüklərinin olduğunu deyən V.Oruc daha özəl sektorun inkişafı üçün dəyeni mərhələnin başlandığını qeyd edib:"Haqsız rəqabət və inhisarçılıq meyilləri azalacaq, biznes mühitinin cəlbediciliyi artacaq, azad rəqabət və əlverişli biznes mühiti investisiya qoyuluşlarını artıraca, bazara giriş maneələrinin aradan qaldırılmasını təmin etməklə, mikro, kiçik və orta sahibkarlığın inkişafına töhfə verəcək, bazar iştirakçılarının sayı çoxalacaq, yerli təsərrüfat subyektlərinin daxili və xarici bazarlarda rəqabətqabiliyyətliliyi yüksələcək, innovasiya fəaliyyətinin, özəl sektorda rəqəmsallaşmanın tətbiqi genişlənəcək, işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidənqurulması prosesi sürətlənəcək".
Onun fikrincə,Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətini genişləndirəcək. İş adamları yeni mühitdə daha sağlam bazar subyekti kimi işgüzar münasibətlər quracaqlar. Dövlət isə biznesin imkanlarının artmasından maddi gəlirlər əldə edəcək. Ən əhəmiyyətlisi isə Azərbaycanın beynəxalq miqyasda biznes mühitinin əlverişliliyinin artırılması ilə bağlı mövqeyi yaxşılaşacaq, ölkəmizin rəqabət indeksinin müəyyən edilməsi metodologiyasının təkmilləşməsində mühüm rol oynayacaq və ölkəmiz rəqabətlililik hesabatlarında irəliləyəcək: "Bundan başqa sosial rifahın yüksəlməsi üçün yeni impulslar yaranacaq. Kiçik və orta sahibkarlıq subyektlərinin kəmiyyətinin artması yeni iş yerlərinin yaranmasına təkan verəcək, məhsul və xidmətlərin çeşidi, seçim imkanı artacaq, istehsalın və təklifin artması qiymətlərin azalmasına səbəb olacaq, əsassız qiymət artımları ilə mübarizədə səmərəlilik yüksələcək, qiymətlərin optimallaşmasına imkan yaranacaq, ədalətli rəqabət məhsul və xidmətlərin keyfiyyətini yüksəldəcə, istehlakçıların hüquqlarının müdafiəsi güclənəcək". Rəqabət Məcəlləsinin qəbulu inhisara qarşı mübarizə, qiymətlərin optimallaşdırılması və bir sıra məhsullar üzrə qiymətlərin azadılmasına xidmət etməsi baxımından əhəmiyyətlidir. Rəqabət Məcəlləsinin qəbul edilməsi nəticədə Azərbaycanın iqtisadiyyatında rəqabətin daha yaxından dəstəklənməsində, inhisara qarşı mübarizənin gücləndirilməsində xüsusi paya malik olacaq: "Yeni tənzimləmə mexanizmləri yaranacaq. İqtisadi tənzimləmənin səmərəliliyi yüksələcək, iqtisadiyyatın "ağardılması"na töhfə veriləcək, təbii inhisar subyektlərinin fəaliyyətinin effektivliyi artacaq".

Sosial       Tarix: 24 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeberler bu gun butun xeberler valyuta mezennesi banklar bu gunun xeberleri