Vüqar Qurbanovdan yeni təyinatlar
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (ŞBX) nəzdində olan tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunublar.
azxeber.com xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
İcraçı direktorun əmrinə əsasən, iki tibb müəssisəsinə direktor müavinləri təyin olunub. Belə ki, Abbas Səhhət adına xəstəxanaya İlqar Əliyev, akademik Zülfüqar Məmmədov adına xəstəxanaya Turanə Rüstəmova rəhbərlik edəcəklər.
Qeyd edək ki, Abbas Səhhət adına xəstəxanaya rəhbərlik edəcək İlqar Əliyev ixtisasca ümumi cərrahdır və yeni təyinata qədər Müdafiə Nazirliyinin Quru Qoşunlarının Tibb Xidmətində işləyib.
Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya rəhbərlik edəcək Turanə Rüstəmova isə ixtisasca reanimatoloq-anestezioloqdur və yeni təyinata qədər həmin xəstəxanada Təcili tibbi yardım şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.

Ermənistan prezidenti xəstəxanaya yerləşdirildi
Paşinyana kritik zəng gəldi: əsl kino başlayır
İngiltərədən İrana savaş mesajı verildi: "Hazırıq!"
İlham Əliyev Şavkat Mirziyoyevə zəng etdi
Ermənistanda istehsal edilən məhsullara Rusiyadan yeni qadağa
Qlobal əmtəə bazarlarında qızıl bahalaşıb
Sumqayıtda dənizdə FACİƏ: Üç nəfər batdı
Rusiyanın bu hava limanı bağlandı
Zakir Həsənov Pakistana başsağlığı verdi
Azər Əmirov: Əmanətlər üzrə faiz hədlərinin dəyişdirilməsi gündəmdə deyil
Azərbaycan kartofdan milyonlar qazandı - RƏSMİ
Magistraturaya qəbul planı artan və azalan universitetlər - SİYAHI
Naxçıvanda 4 "Tiktoker" söyüşə görə saxlanıldı
Məşhur həbsxana rəisi vəfat etdi - Foto