İngiltərədən İrana savaş mesajı verildi: "Hazırıq!"

İngiltərədən İrana savaş mesajı verildi: İranın ABŞ-nin istifadə etdiyi Britaniya hərbi bazalarını "qanuni hədəf" hesab etdiyini bəyan etməsindən sonra Böyük Britaniya hökuməti ölkənin özünü müdafiə etmək üçün sutkanın 24 saatı hazır vəziyyətdə olduğunu açıqlayıb.
KONKRET.azxəbər verir ki, Böyük Britaniya ABŞ-yə öz ərazisində yerləşən və Amerika hərbçiləri ilə təyyarələrinin istifadə etdiyi bazalardan müdafiə xarakterli əməliyyatlar aparmağa icazə versə də, İrana qarşı birbaşa hücum əməliyyatlarında iştirak etməkdən imtina edib.
İran Xarici İşlər Nazirliyi Böyük Britaniyanı ABŞ-nin müharibəsində "cinayət ortağı" adlandırıb. İran İnqilab Keşikçiləri Korpusu isə ABŞ-yə hərbi dəstək göstərən istənilən ölkənin bunun nəticələrinə görə məsuliyyət daşıyacağını bildirib.
Britaniya hökumətinin sözçüsü bildirib:
 "Silahlı Qüvvələrimiz istər ölkə daxilindən, istərsə də xaricdən gələn hər hansı hücuma qarşı Böyük Britaniyanı qorumağa tam hazırdır. Böyük Britaniya günün 24 saatı özünü müdafiə etməyə hazırdır."
Sözçünün sözlərinə görə, Böyük Britaniya NATO müttəfiqləri ilə sıx əməkdaşlıq edir və hava-raket müdafiəsini mərhələli şəkildə gücləndirir. Hökumət həmçinin vurğulayıb ki, ölkənin mövqeyi dəyişməyib: beynəlxalq hüquqa riayət etməklə, daha geniş münaqişəyə cəlb olunmadan öz xalqını, milli maraqlarını və müttəfiqlərini qorumaqda qərarlıdır.
Ağagül Mürsəlov,
KONKRET.az

Siyasi       Tarix: 26 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld


yeni xeberler azerbaycan xeberleri son xeberler krimnal bugun butun xeberler en son xeberler bu gun son.xeberler