Paşinyana kritik zəng gəldi: əsl kino başlayır
"Almaniya kansleri Merz ilə Prezident İlham Əliyev arasında Berlin müqaviləsinin imzalanması və dərhal sonra Paşinyana edilən zəng təsdiqləyir ki, hazırkı mərhələdə Avropa üçün enerji və logistika ən vacib məsələdir və Ermənistan bu böyük tənliyə inteqrasiya və ya uyğunlaşma tələb edən bir sahə hesab olunur".
KONKRET.azglobalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni analitik Vardan Balyanın yazıb.
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Berlində də öz istəyinə nail oldu:
"Strateji tərəfdaşlığın imzalanması və Almaniya kapitalının cəlb edilməsi! Bu kontekstdə Almaniya kanslerinin telefon danışığı heç də təntənəli sayıla bilməz. Bu o deməkdir ki, "biz Bakı ilə böyük iqtisadi müqavilə bağlayırıq və siz sülh prosesini sürətləndirməli və ya tamamlamalı, nəqliyyat qovşaqlarını, ilk növbədə Zəngəzur dəhlizini açmalısınız".
Daha başa düşülən dildə desək, Paşinyana konstitusiya referendumunun keçirilməsini sürətləndirmək və sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın ilkin şərtlərinin yerinə yetirilməsini təmin etmək tövsiyə olunub. Bu, Bakının gizlətmədiyi ilkin şərtlərdir. Ermənistanda hakimiyyət uğrunda əsl mübarizə həlledici mərhələyə qədəm qoyur. Əsl kino tezliklə başlayacaq".

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir