"WhatsApp" "Telegram"ın daha bir faydalı funksiyasını özünə əlavə edir - FOTO
"WhatsApp" "Telegram"ın daha bir faydalı funksiyasını özünə əlavə edir - FOTO
"WhatsApp" tərtibatçıları "Telegram"da olan daha bir funksiyanı öz tətbiqlərinə əlavə etməyə hazırlaşırlar. Belə ki, növbəti yeniləmələrdən birində mesencerə kanallar əlavə ediləcək.
Kanallar "Telegram"da olduğu kimi eyni prinsiplə işləyir: qlobal axtarış var, lakin tövsiyə sistemi yoxdur.
Qeyd olunur ki, bu cür kanallarda telefon nömrələri və onlara abunə olan istifadəçilər haqqında məlumatlar gizlədiləcək. Ancaq kanallardakı mesajlar "başdan sona" ("end-to-end") texnologiyasından istifadə edilməklə şifrələnməyəcək.
Kanallar artıq "iOS" və "Android" üçün "WhatsApp" proqramının beta versiyalarında mövcuddur. Əgər sınaq uğurlu olarsa, o zaman funksiya növbəti yeniləmədə görünəcək.
Yeri gəlmişkən, "WhatsApp" daha bir funksiyada "Telegram"la rəqabət aparmaq istəyib. Belə ki, "Telegram"ı digərlərindən üstün edən cəhəti şəkilləri orijinal keyfiyyətlə göndərmək funksiyasıdır. "WhatsApp" bu funksiyanı işə salmağa çalışsa da, yeniləmə gözlənilən nəticəni verməyib: "Ayarlar"da "ən keyfiyyətli" seçiminə baxmayaraq, foto göndərilərkən tətbiq faylı sıxmağa və keyfiyyəti azaltmağa davam edib. "WhatsApp"ın vəziyyətdən xəbərdar olduğu və səhvi düzəltmək üçün hərəkətə keçdiyi öyrənilib.
Mənbə: WABetaInfo / oxu.az

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu