X Qlobal Bakı Forumunun açılış sessiyası başa çatdı - YENİLƏNİB-2
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.
KONKRET.azxəbər verir ki, Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib edib.
Digər çıxışlardan sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin Forumun açılış sessiyasının başa çatdığını elan edib. O, X Qlobal Bakı Forumunu müzakirələr üçün açıq elan edib.
Forum işini panel iclaslarla davam etdirəcək.
***
09:58
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.
KONKRET.az xəbər verir ki, Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edir.
Əvvəlcə xatirə fotosu çəkdirilib.
***
08:21
Bu gün Azərbaycan paytaxtında X Qlobal Bakı Forumu keçiriləcək.
KONKRET.azxəbər verir ki, Forumun mövzusu "Dünya bu gün: çağırışlar və ümidlər" olacaq.
Forumda 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edəcək.
X Qlobal Bakı Forumunun panel iclaslarında və sessiyalarında bəşəriyyətin qarşısında duran yeni çağırış və perspektivlər – yeni dünya nizamı, iqlim dəyişikliyi, ədalətli və bərabərhüquqlu enerji keçidi, meqatəhdidlər – iqlim, qida və nüvə təhlükəsizliyi, qlobal səhiyyə sisteminin qurulması, sağlamlığın təbliği, qlobal yoxsulluq, bərabərsizlik, iqlim böhranı və münaqişələr nəticəsində son illər qarşısıalınmaz miqrasiya prosesləri, yeni enerji və nəqliyyat dəhlizlərinin rolu, dünyanın müxtəlif regionlarında sülhün, sabitliyin və inkişafın axtarışı yolları və digər mühüm mövzular barədə müzakirələr aparılacaq, bu problemlərin həlli yolları araşdırılacaq.
Qlobal Bakı Forumunun müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv və yaxşı platformaya çevrilməsində Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi və bu təsisat çərçivəsində irəli sürdüyü təşəbbüslər də mühüm rol oynayır. Belə ki, ölkəmiz Qoşulmama Hərəkatının sədri kimi qlobal problemlərə qarşı mübarizəyə öz töhfəsini verib.
Qeyd edək ki, Qlobal Bakı Forumu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən keçirilir.

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir