Xaçmazda 40 min manata yaxın oğurluq edən dəstə üzvləri saxlanıldı - FOTO
Xaçmazda silsilə oğurluqlar edərək vətəndaşlara 40 000 manata yaxın maddi ziyan vuran dəstə üzvləri saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Open.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq rayon ərazisində yerləşən fərdi yaşayış evlərindən və mağazalardan silsilə oğurluqlar edərək zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran dəstə üzvləritutulub.
Araşdırmalarla onların Xaçmaz rayon sakinləri Məmməd Sultanov, Eyvaz Paşayev, Şəmsəddin Almasov və Taleh Orucəliyev olduqları müəyyən edilib.
Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq hadisələrini etiraf ediblər. Araşdırmalar zamanı məlum olub ki, dəstə üzvləri ümumilikdə 13 fərdi yaşayış evinə və mağazaya qanunsuz daxil olaraq, zərərçəkmişlərə məxsus məişət əşyaları və avadanlıqları, mobil telefonlar, elektrik generatoru, təsərrüfat malları, kombi və radiatorlar, ov silahı, eləcə də ümumilikdə 10.000 manatdan çox pul və 8.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.
Oğurladıqları qənimətlərin bir qismini dəyərindən ucuz qiymətə satan dəstə üzvləri, satışdan əldə etdikləri pulları öz aralarında bölüblər. Oğurluq yolu ilə əldə edilmiş əşyaların xeyli hissəsi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.
Faktlarla bağlı həmin şəxslər barəsində Xaçmaz RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.
Xidmetler [newsid: 0-123300]

Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar
Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT
İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü