Xalq artisti efirə çıxaraq geyimlərinin qiymətindən, markasından danışanları sərt tənqid etdi

Xalq artisti efirə çıxaraq geyimlərinin qiymətindən, markasından danışanları sərt tənqid etdiXalq artisti efirə çıxaraq geyimlərinin qiymətindən, markasından danışanları sərt tənqid etdi
"Xalqın musiqi zövqünü formalaşdıran televiziyadır. Bəzən müğənnilərdən kimsə deyir ki, filan mahnı oxunmasa, dəvət etmirlər, çörək pulu qazanmaq olmur. Amma biz böyüklərimizdən nələr eşidirdik? Deyirdilər ki, mənim toyumda Əlibaba Məmmədov, Tələt Qasımov, Hacıbaba Hüseynov oxuyub. İnsanlar öz ev şənliklərinə onları necə dəvət edirdilər? Çünki bu zövqü televiziya formalaşdırırdı. Toyda, şənliklərdə elə insanlar ifa edirdi ki, orada əsl sənət nümayiş olunurdu. Çox az məclis olardı ki, kimsə kənardan gəlsin. O musiqilərlə zövqümüz formalaşdı. Bizim müğənniləri qoyaq qırağa, Cenifer Lopez belə gəlib toylarımızda ifa edib. Ajda Pekkan, Tarkan, Sibel Can və digərləri. Müğənninin yeri səhnədir, toydur. Fərq etməz, səhnədə də, toyda da, konsertdə də tamaşaçılar baxırlar".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "Danışır musiqi" proqramında qonaq olarkən deyib. Sənətçi televiziyaları tənqid edib:
"Səhnədə qurbanları tək mən verməmişəm. 35 ildir həyat yoldaşımla səhnə həyatım üçün qurbanlar veririk. Elə də davam edir. Əfsuslar olsun ki, bu gün həyasızlıq səmimiyyət kimi qələmə verilir. Azad ölkənin azad insanlarıyıq, demokratik ölkədə yaşamağı öyrənməliyik. Demokratiya hərc-mərclik, özbaşınalıq, istədiyini danışmaq deyil. Gənclər böyüyürlər. Onlar ailəsindən tərbiyə görürlər. Televiziya xalqın güzgüsüdür.
Müxtəlif ölkələrdə olmuşam və birinci gedən kimi ilk işim televiziyanı açmaq olur ki, görüm kim kimdir. Bizim televiziyaları açan turist oradan qışqırıq səsləri, bir-birinə təhqir eşidib-görəcək. Qadınlar, kişilər yığışır oraya. Turistlər dilimizi anlamasalar da, onların bir-birilərinə qışqırdıqlarını görürlər. Bunları televiziyada yox, sosial şəbəkədə görmüşəm". 
B.Dadaşova efirə çıxaraq geyimlərinin qiymətindən, markasından danışanları qınayaraq bu sənətə gəlmək istəyən müğənnilərə təhsil almağı məsləhət görüb:
"Müğənnilər var, do majoru göstər desən, bilmirlər. "La", "fa" haradadır, xəbərsizdir. Muğamın ladları, şöbələri var, seygah, mahur hansıdır bilmirlər. Maşallah, yaxşı qabağa gedirlər. Bir proqramda qonaq olanda mənə dedilər ki, siz dərs deyin. Söylədim ki, Mədəniyyət və İncəsənət Universitetində dərs deyirəm. Sən demə bunları demək lazım imiş. Mən bunu deməyi bacarmıram. Mənimki oxumaqdır. Hər şeyi necə şişirtmək lazımdır bacarmıram. Səhnəyə çıxmaq istəyən gənclər gəlib təhsil alsınlar. Bir insanın təhsili varsa, o, çıxıb efirdə paltardan, geyimdən, onun qiymətindən, markasından heç vaxt danışmaz. Musiqidən danışın". / oxu.az

Şou Biznes       Tarix: 14 yanvar 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

"Hər həftə bir ev alırdım

Türkiyəli şoumen Mehmet Ali Erbilin sərvəti ilə bağlı açıqlamaları diqqət çəkib. Sənətçi bu barədə keçmiş həyat yoldaşı Tuğba Coşkunun yutub layihəsində danışıb. O, evli olduqları dövrdə daşınmaz əmlaka yatırım etdiklərin

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind


son xeberler yeni xeberler azerbaycan xeberleri son.xeberler xəbər az xeber.az 2026 cəbhədən ən son xəbər