Xalq artistindən yeni layihə - AUDİO
Xalq artisti Zülfiyyə Xanbabayeva yeni mahnısını təqdim edib.
azxeber.com xəbər verir ki, "Xatırlayıram" adlanan bəstənin müəllifi RZZA-dır.
Nəğmənin aranjimanını Samir Sultanov edib.
Xalq artisti mahnı üçün fotosessiya da etdirib.
Qeyd edək ki, mahnı sənətçinin "Youtube" kanalında yayımlanıb.
Layihənin prodüseri Nigar Hacızadə, meneceri isə Veysəl Əsgərzadədir.