Xalq artistinin oğlu Bakıya qayıda bilmir
Xalq artisti Möhlət Müslümovun tarzən oğlu Rüstəm Müslümov Azərbaycana qayıda bilmir.
Open.az xəbər verir ki, bu barədə musiqiçinin özü məlumat verib. O, açıqlamasında bildirib ki, martın 8-dən festival üçün Texas ştatına gedib və uçuşlar dayandığı üçün Bakıya gələ bilmir:
"Martın 8-dən Texas ştatının Austin şəhərindəyik. Böyük kino-musiqi festivalı olan "SWSX" üçün gəlmişdik. Bundan əlavə, bir neçə konsertimiz də baş tutacaqdı. Sözügedən festival üçün Amerikaya 4-cü səfərimizdir. Festival da təxirə düşdü. Amerikada menecerimiz var, hər zaman bizi o dəvət edir. Hazırda onun evində qalırıq. Mənimlə birgə nağara ifaçısı Elnur Əliyev, kamança ifaçısı Fərid Babayev də buradadır. Martın 23-də uçuş həyata keçməli idi. Nəzərdə tutulmuşdu ki, Austindən Nyu-Yorka, oradan da Bakıya gələk. Biz Vətənə qayıda bilmirik. Gəlmək və qayıtmaq Türk Hava Yolları ilə həyata keçəcəkdi. Onlar uçuşu dayandırıb. Şirkət bizə qeyd etdi ki, bileti başqa vaxta dəyişdirmək olar, lakin hazırda uçuşlar təxirə salınıb. Başqa vaxt barədə isə dəqiq bir söz deyilmir. Bizi məlumatlandıracağını qeyd etdilər. AZAL-da da uçuşlar dayandırılıb".(Qafqazinfo)

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq