Xalqın iradəsinin və birliyinin ifadəçisi olan qələbəyə doğru inamlı addımlarla

Xalqın iradəsinin və birliyinin ifadəçisi olan qələbəyə doğru inamlı addımlarlaXalqın iradəsinin və birliyinin ifadəçisi olan qələbəyə doğru inamlı addımlarla
Azərbaycan xalqı 30 ildir səbrlə və böyük dövlətlərin təklifi, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərarı ilə ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən Qarabağla bağlı sülh sazişini gözləyirdi.
1994-cü ildə Ulu Öndər Heydər Əliyev Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atəşkəsə imza atmaqla dinc əhalinin günahsız ölümünun qarşısını aldı, habelə problemin həllinə dair ağ səhifədən danışıqlara başladı.
Bu danışıqlar Prezident İlham Əliyev tərəfindən davamlı və hədəfə doğru diplomatik uğurlarla yanaşı, Azərbaycanın hərbi-iqtisadi potensialının da yüksəlməsinə şərait yaratdı. Dəfələrlə aparılan gərgin müzakirələr, çəkilən çətin siyasi xəritələr, böyük dövlətlərin təkidi ilə qəbul etdirmək istədikləri qərarlar, beynəlxalq təşkilatlar tərəfindən verilmiş ardıcıl vədlərin fonunda nəhayət ki, 2020-ci ilin sentyabrın 27-də Ali Baş Komandanın işğal olunmuş ərazilərimizin azad olunması istiqamətində əks-hücum əməliyyatları ilə bağlı əmri Azərbaycanın suverenliyinin bərpasını zəruri etdi.
Azərbaycanın müzəffər ordusunun Ali Baş Komandanın hərbi və taktiki əmrlərinə peşəkarcasına yanaşması, işğal altında olan torpaqlarımızın ardıcıl olaraq azad edilməsi Qarabağın bütün şəhər, rayon və qəsəbələrində müqəddəs Azərbaycan bayrağının dalğalanmasını təmin etdi.
Ali Baş Komandanın müharibə dövrünün qaydalarına uyğun olaraq ordu ilə yanaşı, xalqın iradəsinin və birliyinin ifadəçisi olaraq qələbəyə doğru inamla addımlaması yalnız və yalnız liderlərə məxsus xarakter sayılır ki, bu da bütün Azərbaycanlıların möhtərəm prezidentimizin mahir siyasətçi olması ilə yanaşı, həm də strateq-sərkərdə kimi də tanımasına səbəb olub.
Xüsusilə də bu sərkərdə iki cəbhədə - bir tərəfdən informasiya cəbhəsində düşmənə sarsıdıcı zərbələr endirməkdədir, digər tərəfdən isə döyüş cəbhəsində hərbi, taktiki əmrlərin verilməsi, XXI əsrin yeni çağırışlarına uyğun olaraq müasir texnologiya tətbiq etməklə dünya tarixində görünməyən qələbənin əldə olunmasına rəhbərlik etməkdədir.
Böyük xoşbəxtlikdir ki, bu gün Azərbaycan tarixində ilk dəfə olaraq itirilmiş və işğal altında olan torpaqlarımızın qaytarılması missiyası məhz bizim nəslin üzərinə düşüb və əldə olunan bu qələbələrə rəhbərlik isə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin taleyinə yazılıb. 
Tarix boyu öz ölkəsinin azadlığı və qorunması uğrunda yüzlərlə, minlərlə cəsur Azərbaycan övladları şücaət göstərərək ən yüksək qəhrəmanlıq adlarına layiq görülüblər. Bu gün müasir dünyamızda bütün Azərbaycan xalqına bəxş olunan bu sevinc məhz qəhrəmanlıq səlnaməsinin bariz nümunəsidir və bu sevinci bəxş edən Milli Qəhrəman isə – Ali Baş Komandan İlham Əliyevdir.
Milli Məclisin deputatı
Məzahir Əfəndiyev /oxu.az

Siyasi       Tarix: 21 oktyabr 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi


son xeberler azerbaycan xeberleri yeni xeberler hava şou biznes xəbərləri apa.az xeberler ən son xəbər