Xalqından güc alan Lider, Liderindən güc alan ordu

Xalqından güc alan Lider, Liderindən güc alan orduXalqından güc alan Lider, Liderindən güc alan ordu
Bu gün cənab Prezident İlham Əliyevin doğum günüdür. Bir vətəndaş kimi cənab Prezidenti təbrik edir, ona cansağlığı və uzun ömür arzu edirəm.
Bir xalq kimi, özünəinamımızı geri qaytardığı üçün, qalibiyyət hissini yaşatdığı üçün, illər ərzində bir dəfə də olsun, Qələbəyə şübhə etmədiyi üçün, bu inam, bu əzm üçün, "Qarabağ Azərbaycandır və nida!" dediyi üçün, dediyini etdiyi üçün minnətdaram.
Bu il Ali Baş Komandan "Qələbə" sözünü qızıl hərflərlə tariximizə yazdı. Onun apardığı siyasət, atdığı diplomatik addımlar, siyasi iradəsi, əzmkarlığı nəticənin əldə edilməsində müstəsna rol oynadı.  Dünyaya qarşı təkbaşına mübarizə apardı. Bütün təzyiqlərə tab gətirib, ordusu və xalqının yanında oldu.
İndi ölkəmiz qalibiyyət qazanandan sonra bütün dünya deyir ki, Azərbaycan dünyanın ən müasir müharibəsi apardı və 44 gün ərzində möhtəşəm hərbi performans nümayiş etdirdi. Elə cənab Prezident də dünən Qudablıda əsgərlərlə görüşəndə bunu dedi:
"Bizim apardığımız müharibə dünyanın aparıcı hərbi məktəblərində öyrənilir. Azərbaycan əsgəri öz gücünü göstərdi".
Azərbaycan əsgəri ona görə öz gücünü göstərə bildi ki, onun belə Ali Baş Komandanı var.
Bəli, ordumuz illərlə təlim aldı, gücləndi, ən müasir silahlarla təmin olundu. Amma nəticədə, Ali Baş Komandanın əmri, ordunun və xalqın ölkə başçısına inamı tarixi qələbəni təmin etdi.
Bu gün dünya siyasətçiləri İlham Əliyevin mükəmməl siyasi lider, strateq olmasından bəhs edir. Xarici siyasəti necə məharətlə həyata keçirməsindən söz açır. Hətta bir sıra xarici ölkə vətəndaşları Prezidentin videoçıxışlarının altında, sosial şəbəkələrdə yazır ki, kaş bizim də belə liderimiz olaydı.
Belə sözləri görəndə, oxuyanda qürur duymamaq mümkün deyil.
Vətən Müharibəsi bizə bir daha sübut etdi ki, cənab Prezident xalqını sevən, ölkəsinin rifahı, inkişafı üçün çalışan liderdir.
Cənab Prezident üçün bu il heç də asan keçmədi. Bir tərəfdən koronavirusun yaratdığı çətinliklər, bir tərəfdən dünya iqtisadiyyatında baş verən çətinliklərin Azərbaycana təsir etməməsi üçün görülən işlər, digər tərəfdən dünyanın ən şərəfsiz düşməni ilə müharibə etmək…
Azərbaycan xalqı bu günlər ərzində böyük əzmkarlıq nümayiş etdirdi. Bildirdi ki, ölkə başçısının yanındadır. Evi dağılan da, övladını itirən də bir ağızdan dedi ki, hər şey qurban olsun Vətənə, orduya. Cənab Prezident, təki dayanma, biz səninləyik!
Bu günlər ərzində Cənab Prezidentin xalqla qurduğu rabitə olduqca səmimi və dəqiq mesajlarla dolu oldu. Prezident hər çıxışında, xalqa müraciətində dəqiq hədəfləri bildirir, xalq qarşısında hesabat verir və ordunun işğaldan azad etdiyi əraziləri özü elan edirdi. Ya da "Twitter"də yazırdı.
Unikal hal bu idi ki, xalq "Twitter"də yalnız Prezidentə görə idi, o "tweet"lərin altında öz sevgisini, öz inamını, etibarını açıq yazırdı, bildirirdi. Bu isə ən səmimi hisslərin ifadəsi idi.  Axı sosial şəbəkələrdə insanlar daha səmimi olur.
Xalq olaraq cənab Prezidentin çıxışlarını həyəcansız izləyə bilmirdik. Prezidentin müzəffər ordumuzun işğaldan azad etdiyi əraziləri bir-bir sadalaması anı… Onun dediyi hər bir sözün sosial şəbəkələrdə tirajlanması,dediyi ifadələrin xalq tərəfindən zərb-məsəl kimi istifadə olunması isə görülməmiş hal idi. Hamı Prezidentdən sitat gətirirdi.
Cənab Prezident, bizə heç vaxt unutmayacağımız qürurlu anlar yaşatdınız. Bizimlə bir yerdə sevindiniz, bir yerdə kədərləndiniz. Bizimlə bir yerdə azad olunmuş torpaqlara gedib, ən müqəddəs ziyarətləri etdiniz. Ağdam məscidində Azərbaycan üçün birinci duanı siz etdiniz, şəhidlərimizin ruhunu birinci siz andınız.
Xalq-Prezident-Ordu birliyi bir daha sübut etdi ki, bu dünyada mümkün olmayan heç nə yoxdur. 30 illik səngərləri də, istehkamları da dağıtmaq mümkün imiş. 30 illik işğal da 44 günə bitə bilərmiş. 30 il heç kimi saymayan düşmən də məhv edilərmiş.
Açığı, mən arada darıxıram. O həyəcan, o Qələbə xəbərləri üçün. Prezidentin xalqa etdiyi müraciətlər üçün. Dünyanın aparıcı televiziyalarının qərəzli təbliğatını məntiqi, yüksək peşəkarlığı ilə darmadağın etdiyi zamanlar üçün. Özlərini ağıllı göstərən aparıcıların bir qram belə ağlı olmadığını sübut etdiyini görmək üçün.
Nəinki mən, elə hamımız darıxırıq. Hamımız bilirik ki, bizi qarşıda böyük işlər gözləyir. Azad olunmuş torpaqlarda yaratmaq, yaşamaq, övladlarımızı orada böyütmək gözləyir. Bizi güclü, azad, yeni Azərbaycan gözləyir.
Bütün bunlar üçün var olun, cənab Prezident! Doğum gününüz mübarək! Hər zaman qalib, hər zaman güclü, hər zaman var olun! Qarabağ Azərbaycandır və nida!
Kubra Məhərrəmova /oxu.az

Siyasi       Tarix: 24 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler bugun oxu.az xeberler kriminal xeberler son xəbərlər bugün 2026