Xankəndi istiqamətindəki yollara Azərbaycan ordusu nəzarət edir

Xankəndi istiqamətindəki yollara Azərbaycan ordusu nəzarət edirArtıq Xankəndi və ətrafında olan separatçılar tam bloklanıb. Xankəndi istiqamətində mümkün torpaq yollara da Azərbaycan ordusu nəzarət edir. Eyni zamanda sözsüz ki, zəruri addımlar atılır. Amma orada görüləsi işlər də çoxdur. Hətta açıqlamalar verilir ki, ermənilər yenidən nəsə bir addımlar ata bilər. Ona görə də, Azərbaycan tərəfi sülhməramlıların üzərinə götürdüyü öhdəliklərin icrasını tələb etməlidir.
azxeber.com xəbər verir ki. bunu Teleqraf.com-a hərbi ekspert, ehtiyyatda olan polkovnik Üzeyir Cəfərov deyib.
O qeyd edib ki, rus sülhməramlıları üzərinə düşən öhdəlikləri icra etdiyi təqdirdə Azərbaycan üçün burada başqa bir problem qalmayacaq:
"Əsas məsələ üçtərəfli razılaşmanın 4-cü bəndinin icrasıdır. Bu bəndin tələbləri icra edildiyi halda orada bir nəfər də olsun silahlı qala bilməz. Bu baxımdan üçtərəfli bəyanatın müddəalarının icra edilməsi gündəmə gəlməlidir. Son hadisələrin ardınca Rusiya Müdafiə Nazirliyi üçtərəfli sənədə istinad edib. Amma Rusiya tərəfi burada üçtərəfli razılaşmanın 1-ci və 6-cı bəndlərinin pozulması ilə bağlı absurd iddialar səsləndirib".
Polkovnikin fikrincə, burada Rusiya tərəfinin səsləndirdiyi kimi heç bir təmas xətti ola bilməz:
"Ərazi Azərbaycana məxsusdur. Çünki indiyə kimi Laçın-Xankəndi yoluna alternativ olan torpaq yollarla separatçılara silah-sursat, hərbi texnika daşınıb. Amma Azərbaycan ordusu artıq bu yollara nəzarəti götürüb. Buna baxmayaraq ərazidə bəzi yollarda onların çıxış imkanları hələ də qalıb".
Üzeyir Cəfərov bildirib ki, Kosalar-Mirzəli-Turşu yolu ilə bağlı üzərində tam nəzarət var:
"Amma bununla da kifayətlənmək olmaz. Çünki oradakı kənd yollardan və dərələrdən istifadə edib nələrsə daşına bilər. Ona görə də, Azərbaycan tərəfi bu məsələyə birdəfəlik son qoymalıdır. Azərbaycan ordusu 25 martdan etibarən Sarıbaba dağının yaxınlığında keçən yola nəzarət etməklə rus sülhməramlılarının biznes üçün çıxışını da qapatmış olub. Bu yollarla rus sülhməramlılar qeyri-qanuni silahlı birləşmələr üçün yüklərin daşınmasına imkan yaradırdı".

Sosial       Tarix: 27 mart 2023
f Paylaş

Oxşar xəbərlər

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında


son xeberler yeni xeberler azerbaycan xeberleri şou biznes xəbərləri son xeberler bugun 2026 canli kriminal xeber bu gune olan xeberler