Xankəndi, Xocalı və Əsgəranda üç rəngli, ay-ulduzlu bayrağımız dalğalanır

Xankəndi, Xocalı və Əsgəranda üç rəngli, ay-ulduzlu bayrağımız dalğalanırAzərbaycanın 20 faizdən artıq ərazisi 30 il erməni cinayətkarlarının işğalı altında qaldı. Erməni istilasından sonra 900  yaşayış məntəqəmiz zəbt edildi. Bir sıra şəhər və kədlərimiz yerlə yeksan olundu, yer üzündən, demək olar ki, silindi. 
Erməni təcavüzkarları bununla da kifayətlənməyərək digər rayonlarımızı da mütəmadi olaraq atəşə tutur, dinc əhaliyə və kənd təsərrüfatına  ziyan vururdular. Bu müddət ərzində bir milyondan çox soydaşlarımız Azərbaycanın bir sıra rayonlarında və Bakı şəhərində məskunlaşaraq vətən həsrətilə ağır şəraitdə yaşadılar.
Xalqın istək və təkidi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev danışıqlar yolu ilə atəşkəsə nail oldu. Atəşkəs dövründə əsasən Ordunun yaradılmasına və güclənməsinə önəm verildi. 
Ümummilli Liderimiz deyirdi: "Bizim əsas problemimiz Ermənistanın Azərbaycana təcavüzünü aradan qaldırmaq, işğal olunmuş torpaqlarımızı azad etmək, respublikanın ərazi bütövlüyünü təmin etməkdir".
Dünya şöhrətli, uzaqgörən siyasətci Heydər Əliyev özünün siyasi varisi olan cənab İlham Əliyevə özü qədər inanırdı. İnanırdı ki, onun başladığı işi Prezident və Ali Baş Komandan olaraq İlham Əliyev başa çatdıracaq.
Ulu Öndər inamla vurğulayırdı: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm".
20 il əvvəl Prezident seçilmiş İlham Əliyev doğma xalqına müraciət edərək söz vermişdi ki, Azərbaycan xalqının  və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edərək Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq.
Artıq o gün gəlib çatdı. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin diplomatik bacarığı, siyasəti, Azərbaycan Ordusunun yüksək hazırlığı, müasir silahlarla silahlanması və xalqın öz prezidentinə inamı və Prezidenti ətrafında sıx birləşməsi sayəsində torpaqlarımız erməni separatçılarının təcavüzündən tamamilə azad edildi.
Biz Müzəffər Ali Baş Komandanımız və Şanlı Müzəffər Ordumuzla fəxr edirik. Bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni yerinə yetirməyə qadir və hazırdır.
Ordumuz bunu 44 günlük Vətən Müharibəsində döyüş meydanında sübut etdi. 
Azərbaycan düşməni kapitulyasiya aktına imza atmağa, ağ bayraq qaldırmağa məcbur etdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Şuşanı – bizim müqəddəs ocağımız, alınmaz qala sayılan Şuşanı azad edəndən sonra artıq düşmən öz məğlubiyyətini dərk etdi, ağ bayraq qaldırdı və biz müharibəni dayandırdıq. 
Azərbaycan xalqının böyük əksəriyyəti noyabrın 10-da və ondan sonrakı dövrdə çox yaxşı başa düşürdü ki, biz istədiyimizə  nail olacayıq".
Artıq Xankəndi, Xocalı, Əsgəran da separatçılardan təmizləndi.  Ali Baş Komandanımız bu müqəddəs torpaqlarımızda Azərbaycan bayrağını qaldırdı. Biz bunu qürur hissi ilə seyr etdik.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Bu gün Xankəndindəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər.
Ermənistanın revanşist qüvvələri mövcud reallığı qəbul etməlidirlər. Bizim Bayrağımız Xankəndidə dalğalanır. Revanşistlər Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, onlar öz aqibətini bilməlidirlər".
Nizami Zalov
Abşeron Rayon Ağsaqqallar Şurasının sədri, 
Şəhid gizir Vidadi Zalovun atası / azxeber.com

Siyasi       Tarix: 18 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler azerbaycan hava hava haqqinda az xeber