Xankəndidə dövlət binası üzərində Azərbaycan bayrağı - VİDEO
Azərbaycanın Xankəndi şəhəri - sentyabr 1991-ci il.
Şəhərin əsas inzibati binasının üzərində qırmızı SSRİ bayrağı ilə yanaşı üçrəngli Azərbaycan bayrağı dalğalanır.
Yaxın tarixə qısa ekskurs
Azxeber.com Publika.az-a istinadən xatırladır ki, 1989-cu il 12 yanvarda SSRİ Ali Soveti tərəfindən Dağlıq Qarabağ ərazisində Xüsusi İdarə Komitəsi yaradılır. Komitəyə Moskvanın nümayəndəsi Arkadi Volski rəhbər təyin edilir. Komitənin təkibinə 5 rus, 2 erməni və 1 azərbaycanlı təyin edilir. 1989-cu il dekabrın 6-da Azərbaycanın Ali Soveti tərəfindən Dağlıq Qarabağ üzrə Respublika Təşkilat Komitəsi yaradılır, Komitəyə Azərbaycan partiya təşkilatının rəhbərlərindən Viktor Polyaniçko sədr təyin edilir.
Həmin dövrdə SSRİ daxili qoşunlarının hissələri Qarabağ və ətraf bölgələrdə, eləcə də, Xankəndində indiki kimi "sülhməramlı" missiyanı həyata keçrirdi. Göründüyü kimi, həmin dövrdə Xankəndinin dövlət binası üzərində Azərbaycan bayrağı dalğalanırdı.
Bu fakt Rusiya üçün məlumdur, özünü vasitəçi, həmsədr kimi təqdim edən dövlətlərin mənsublarının baxması isə mütləq vacibdir (turkustan.az).
Xankəndi Azərbaycandır!

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş