Xankəndidə idarəetmə belə olacaq

Xankəndidə idarəetmə belə olacaqÖtən həftə baş tutan anti-terror əməliyyatlarından sonra ağ bayraq qaldıran və danışıqlarla başlayan separatçıların qanunsuz "idarəetmə" fəaliyyətləri demək olar ki, tamamilə çöküb. Erməni icmasının yaşadığı ərazilərdə ən primitiv ehtiyacların qarşılanmasında belə aciz olan separatçı xunta yavaş-yavaş öz yerini qanuni Azərbaycan hakimiyyətinə vermək üzrədir. Bəs görəsən Xankəndində qanunsuz xunta rejimi öz fəaliyyətini tam olaraq nə zaman bitirəcək? Azərbaycan polisi Xankəndində və ətraf ərazilərdə fəaliyyətə hansı vaxtdan etibarən başlayacaq?
KONKRET.az xəbər verir ki, bu və digər suallarla bağlı politoloq Samir Hümmətov Referans.az-a danışıb.
"Qarabağdakı separatçı rejimin özünü buraxma prosesinin yaxın zamanlarda tam reallaşması gözlənilir. Son proseslərdən sonra erməni sakinlərə bütün kommunal xidmətlərin, qida və dərman vasitələrinin Azərbaycan tərəfindən verildiyi üçün artıq separatçı rejimin təsir imkanları olduqca məhdudlaşdırılıb. Bütün bu faktorlar Qarabağın erməni əhalisində Azərbaycan yönümlü müsbət fikirlərin formalaşmasına birbaşa təsir göstərir. Məncə bundan sonra separatçı rejimin əlində hər hansı hüquqi statusu qalmayacaq. Yaxın zamanlarda separatçıların və yerdə qalan qanunsuz silahlı birləşmələrin sülhməramlılara məxsus helekopterlərlə Qarabağı tərk etməsi və xarici ölkələrə qaçması gözlənilə bilər. Əlbəttə ki, xunta rejim qaçdıqdan sonra idarəetmə tam şəkildə Azərbaycana keçəcək və hesab edirəm ki, mərhələli şəkildə polis asayişi qorumaq üçün fəaliyyətə başlayacaq. Əlavə olaraq ermənilər və azərbaycanlılar arasında birlikdə yaşayışı, münasibətləri və əlaqələri müşahidə etmək üçün monitorinq mərkəzi də yaradıla bilər. Düşünürəm ki, 2025-ci ilə kimi mərhələli və sistemli şəkildə Xankəndidə və erməni əhalisinin yaşadığı digər ərazilərdə Azərbaycan polisinin, digər güc strukturlarının, idaretmə orqanlarının fəaliyyəti tam formada oturuşmuş olacaq. Bu dövlətimizin konstusiyon səlahiyyətləridir və onu da tam şəkildə həyata keçiriləcək".

Siyasi       Tarix: 26 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind


yeni xeberler azerbaycan xeberleri son xeberler sou biznes xeberler bu qun sonxeber az metbuat xeberleri