Xankəndinə gedən yol – Müzəffərliyin təntənə anı

Xankəndinə gedən yol – Müzəffərliyin təntənə anıGünəş də öz şəfəqləri ilə Ali Baş Komandanın Xankəndinə gedən yoluna işıq salırdı. Səmanın tərtəmiz, aydın şəkildə parlaması, havanın möhtəşəmliyi də sanki sevinc hisslərimizi anlayırdı. Torpaq da hiss edirdi ki, Müzəffər Prezident, Ali Baş Komandan İlham Əliyev gəlir. Allahın Azərbaycan xalqına böyük lütfü gəlir. Əminəm ki, azad olunmuş torpaqlarımızın dili olsaydı, minnətdarlıq hisslərini məhz bu formada izhar edərdi. 
30 il işğal altında inləyən torpaqlarımızın vəhşi bir toplumun vandalizminə məruz qaldığını bütün dünya bilir. Ancaq dünya Qarabağı dirçəltdiyimizi də bilir və görür. Şanlı Zəfərdən sonra Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası istiqamətində mühüm tapşırılar verib. O tapşırıqlar ki, icrası uğurla davam edir. 
Hazırda Qarabağ və Şərqi Zəngəzur böyük bir tikinti meydançasına bənzəyir. Böyük infrastruktur layihələri uğurla icra olunur, yaşayış məntəqələri tamamilə yenidən qurulur, sənaye, kənd təsəsrrüfatı və xidmət sektoruna  aid müəssisələr inşa olunur. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə Qarabağda və Şərqi Zəngəzurda, erməni vandalları tərəfindən dağıdılmış qədim mədəni və dini abidələrimizin sürətli bərpası istiqamətində misilsiz işlər görülür. Artıq Qarabağın əsl sahibləri onu sevgi, qayğı və böyük sevinclə başdan-başa yenidən qururlar. Cənnəti xatırladan Qarabağ keşmişlə müasirliyin vəhdətində yenidən bərpa edilir. 15 oktyabr tarixində Azərbaycan Prezidenti bayrağımızı quruculuq işlərimizin yeni ünvanlarında dalğalandırdı. Lakin bunadək...
Sentyabrın 19-20-də Azərbaycan üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınmas, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin  tərk-silah edilərək  ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri gerçəkləşdirdi. Böyük qürur hissi ilə demək lazımdır ki, sentyabrın 19-da başladığımız böyük iş cəmi 23 saat 43 dəqiqə ərzində uğurla başa çatdı. Azərbaycan öz suverenliyini bərpa etdi. Cənab Prezidentin dediyi kimi "Heç kim bizim iradəmizə təsir edə bilməz. Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz". 
Bəli, heç kim iradəmizə təsir göstərə, bizi yolumuzdan döndərə bilməz. Çünki  bu qələbə, uğurlu nəticələr məhz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin "Güclü ordu-güclü dövlət" strategiyasının konseptuallıq və fundamentallıq təntənəsidir. Oktyabrın 15-də o təntənədə daha bir şanlı səhifə yazıldı. Qalib sərkərdə cənab İlham Əliyev xalqımıza növbəti qələbənin sevincini yaşatdı. Mübarək bayrağımız əzəli və əbədi torpaqlarımızda - Xankəndidə, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaldı. Sübut etdik ki, Azərbaycan xalqı və onun qurduğu dövlət güclüdür, yenilməzdir, torpaqlarının əsl sahibidir.
Bəli, Xankəndi azaddır, bu qədim şəhərimizin mərkəzində Prezident İlham Əliyevin də vurğuladığı kimi, onillərlə separatizmin yuvası olmuş binada bayrağımız dalğalanır. Azərbaycanı hədələyib, paytaxtımızı işğal edəcəklərini bildirənlər, "Bakıda çay işəcəyik" deyə hədə-qorxu gələnlər artıq  istintaq təcridxanasındadırlar. Onillərlə azərbaycanlılara qarşı qətliamlar törətmiş canilər həbsxanadadırlar... Prezident Xankəndini gəzir... Bu sevinci necə izah etmək olar ki... Yeni tarix, yeni gün. Allahın da, səmanın da, torpağın da bizim haqq yolundakı savaşımıza duası varmış. Haqq-ədalət yerini tapdı, Xan kəndinə qayıtdı..
Bu gün sözü imzası qədər dəyərli olan Ali Baş Komandan, Prezident İlham Əliyev Prezidentlik fəaliyyətinin iyirmi ilində çoxəsrlik Azərbaycan tarixində xalqımıza  Qarabağ Zəfərini bəxş edən, bizi qalib xalqa çevirən Zəfər imzalı qüdrətli liderdir. Bu gün qalib xalq və qalib dövlət olaraq daha xoşbəxt, daha güclü və daha qüdrətliyik!
Fəridə Ağazadə,
Mətbuat Şurasının İcracı Katibinin müavini / azxeber.com

Siyasi       Tarix: 17 oktyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler azerbaycan hava hava haqqinda az xeber