Xaricdə yaşayan azərbaycanlı qadınlar Ermənistanın "Əsgər anaları" təşkilatına müraciət ediblər

Xaricdə yaşayan azərbaycanlı qadınlar Ermənistanın "Əsgər anaları" təşkilatına müraciət ediblərXaricdə yaşayan azərbaycanlı qadınlar Ermənistanın "Əsgər anaları" təşkilatına müraciət ediblər
Xaricdə yaşayan azərbaycanlı xanımlar Ermənistanın ölkəmizə qarşı törətdiyi 27 sentyabr 2020-ci il tarixli genişmiqyaslı hərbi təxribatlarla bağlı erməni əsgər analarına müraciət ediblər.
Ermənistanda fəaliyyət göstərən "Əsgər anaları" təşkilatına ünvanlanan müraciətdə bildirilib ki, milliyyətindən, sosial-ictimai mənsubiyyətindən asılı olmayaraq bütün analar övladları üçün eyni hissləri yaşayır. Hamı övladının sağlam və xoşbəxt böyüməsini istəyir. Xüsusilə, analar bunun üçün bəzən öz sağlamlıqlarını belə qurban verməyə hazır olurlar:
"Bu qədər gözəl və müqəddəs hissləri daşıyan ana öz övladının ölümünə necə razı olur? Övladlarınızın özgə torpağında ölümü, sağlamlığını itirməsi sizi heç narahat etmirmi?
30 ilə yaxındır sizin övladlarınızın da daxil olduğu erməni silahlı birləşmələri Azərbaycan torpaqlarını işğal altında saxlayır, mülki azərbaycanlıları qətlə yetirir və müxtəlif təxribatçı hərəkətlər edirlər.
2020-ci il 27 sentyabr tarixində isə yenidən Ermənistan hökuməti ölkə daxilində müşahidə edilən siyasi gərginliklərdən, sosial problemlərdən diqqəti yayındırmaq üçün Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Yenə mülki insanlar həyatını itirirlər, mülki və hərbi obyektlərə zərər dəyir.
Artıq Azərbaycan xalqının və ordusunun səbri tükənib. Ermənistanın təxribatlarına əks həmlə ilə layiqincə cavab verməkdədir. Azərbaycan ordusu mülki əhalinin təhlükəsizliyinin təmin olunması və işğal edilmiş ərazilərin azad edilməsi üçün əməliyyatları davam etdirir. Yüzlərlə erməni əsgəri həyatını və sağlamlığını itirir".
Müraciət edən azərbaycanlı xanımlar erməni əsgərlərini Qarabağdan, işğal edilmiş Azərbaycan ərazilərindən geri çəkilməyə çağırır:
"Ananın milliyyəti olsa da, analığın milliyyəti yoxdur. Bir ana kimi bunları bilməyinizi və yaxşı-yaxşı düşünməyinizi tövsiyə edirik. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanın "Erməni əsgəri ölmək istəmirsə, bizim torpaqda nə işi var?!" fikrini əsgər analarına bir daha xatırlatmaq istərdik. Bu sadəcə söz deyil, bu sizə bir çağırışdır.
Bilin və agah olun, Azərbaycan ordusu və xalqı ayaqdadır, torpaqlarımız işğaldan azad edilənədək, sonuncu erməni əsgəri tarixi Azərbaycan torpaqlarından çıxarılanadək mübarizə davam edəcək.
Bir ana kimi, sizi sağlam gələcəyi naminə övladlarınızı Qarabağdan geri çəkməyə, onları erməni siyasi avantüralarının qurbanı olmaqdan qorumağa çağırırıq". /oxu.az

Siyasi       Tarix: 01 oktyabr 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah


yeni xeberler azerbaycan xeberleri son xeberler meherremlik 2026 krimnal bugun şou biznes xəbərləri xabar az