Xaricdə yaşayan azərbaycanlıların Avropanın media orqanlarına çıxış imkanları müzakirə olunub

Xaricdə yaşayan azərbaycanlıların Avropanın media orqanlarına çıxış imkanları müzakirə olunubXaricdə yaşayan azərbaycanlıların Avropanın media orqanlarına çıxış imkanları müzakirə olunub
Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlıların Koordinasiya Şuralarının əlaqələndiricilərinin və bir sıra diaspor təşkilatlarının rəhbərlərinin iştirakı ilə "Avropanın media orqanlarında və beynəlxalq təşkilatlarda iş" mövzusunda videokonfrans təşkil edib.
Komitə sədri Fuad Muradov dövlətimizin diaspor siyasətindən, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasının vacibliyindən danışıb, diasporumuzun  fəaliyyətinin daim Azərbaycan dövlətinin diqqət mərkəzində olduğunu vurğulayıb.
O, son dövrlərdə Ermənistanın təcavüzkar siyasətini daha da genişləndirməsi, işğal etdikləri Azərbaycan torpaqlarında qanunsuz məskunlaşdırma aparmaları, yeni müharibəyə hazırlaşmaları barədə məlumat verib.  
Komitə sədri Prezident İlham Əliyevin "Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu" fikirlərini xatırladıb və Tovuzda baş verən təxribatla bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında xaricdə yaşayan azərbaycanlıların yüksək fəallıq göstərdiyini bir daha yada salıb.
Ermənistanın təcavüzkar siyasəti ilə bağlı dünya ictimaiyyətinə daha müfəssəl informasiyaların çatdırılması üçün bütün xarici platformalarda, o cümlədən  KİV-lərdə, sosial mediada fəaliyyətin genişləndirilməsi, təbliğatın müasir metodlarından istifadə olunması, beynəlxalq təşkilatlarla işin daha peşəkar səviyyədə qurulması yönündə müzakirə aparılıb və təkliflər verilib.
Konfrans iştirakçıları yaşadıqları ölkələrdə azərbaycanlılara məxsus media orqanlarının yaradılması üzərində də düşündüklərini qeyd edib, bunun üçün mövcud potensialdan düzgün istifadə olunmasının vacibliyindən danışıblar. Videokonfransda 17 ölkədən diaspor nümayəndələri iştirak edib. /oxu.az

Sosial       Tarix: 22 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş


yeni xeberler azerbaycan xeberleri son xeberler maraqlı xəbərlər xəbərlər.com hava haqqinda xeber.az