Xarici ekspert: "Azərbaycanda ov qaydalarına əməl edilmir

Xarici ekspert: "Azərbaycanda ov qaydalarına əməl edilmirXarici ekspert: "Azərbaycanda ov qaydalarına əməl edilmir"
Bu gün Bakıda Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı, "Azərbaycanda dayanıqlı ov: risklər və imkanlar" adlı beynəlxalq Forum keçirilib.
Oxu.Az-ın məlumatına görə, forumda çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Hikmət Əlizadə çıxış edərək bildirib ki, hazırda xalqımız üçün ənənəvi məşğuliyyət növlərindən biri olan ovçuluğa münasibətdə zidd fikirlər var:
"Bir qrup ovçuluğu ənənəvi məşğuliyyət, digərləri isə qeyri-humanist məşğuliyyət adlandırır. ETSN həm ovçuların hüquqlarının müdafiəsi, həm də təbiətin mühafizəsi üçün ortaq məxrəc yaratmağa çalışır.
Həyata keçirdiyimiz strategiya məsuliyyətli ovçuluğun aşılanmasına yönəlib. Ovçu təbiət qarşısında məsuliyyətini dərk etməli, mövcud qaydalara, limitlərə əməl etməlidir. Məqsədimiz məsuliyyətli ovçuluğu təmin etməkdir".
Tədbirdə çıxış edən bolqarıstanlı beynəlxalq ekspert Peter Yanakev öz ölkəsindəki ov təcrübəsindən danışıb. 
"Təbiət öz-özünü tənzimləmə qabiliyyətinə malikdir. Əgər populyasiyanın sıxlığı imkan verirsə, davamlı və dayanıqlı ov fəaliyyəti ilə məşğul olmaq mümkündür. Bu zaman vəhşi təbiətə ziyan vurmamaq və yaşama yerlərini dağıtmamaq əsas şərtdir.
Ovçular ov qanunvericiliyinin tələblərinə ciddi riayət etməli, əvvəlcə düşünməli, sonra atəş açmalıdır. Bolqarıstanda ov fəaliyyəti ilə məşğul olmaq üçün uzunmüddətli təlim və treninqlər keçirilir. Azərbaycanlı ovçulara məsləhət görürəm ki, ova qənimət kimi deyil, istirahət kimi baxsınlar. Ov bir elmdir, məsuliyyət və istirahətdir".
Forumda iştir edən almaniyalı mütəxəssis Hartmurd Müller isə qeyd edib ki, Azərbaycan təbiəti zəngin və rəngarəngdir:
"Burada işlədiyim 12 il ərzində müşahidə etdim ki, Azərbaycanda ov qaydalarına çox vaxt əməl olunmur. İnanıram ki, forumdan sonra bu kortəbiilik tez bir zamanda aradan qalxacaq və Azərbaycanda davamlı və dayanıqlı ov mədəniyyəti formalaşacaq. Bilirəm ki, azərbaycanlılar təbiəti çox sevirlər. Ümid edirəm ki, Azərbaycan ovçuları da qısa müddətdə özlərində dönüş yaradacaqlar".
Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri Elçin Sultanov isə  çıxışında ov qaydalarına əməl olunmamasının bioloji müxtəlifliyə vurduğu zərərlərdən danışıb. 
İDEA İctimai Birliyinin nümayəndəsi Surxay Şükürov, Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov, Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun nümayəndəsi Səbinə Bünyadova çıxış edərək ölkəmizdəki ov fəaliyyətindən, məsuliyyətli ovun faydalarından danışıb, ovçuları təbiətə laqeyd mübasibət bəsləməməyə, qaydalara əməl etməyə səsləyiblər. /oxu.az

Sosial       Tarix: 27 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı

Küçədə yaşayan heyvanların sahibsiz olması onların hüquqsuz olduğu anlamına gəlmir. Heyvana ağrı və əzab vermək, onu döymək və ya döyüşdürmək qanunvericiliklə inzibati məsuliyyət yaradan əməllər sırasındadır. Azərbaycan Respublikasını

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri


azerbaycan xeberleri son xeberler yeni xeberler cebheden xeber xeberler bugun dunyada son xeberler kriminal xeber