XƏBƏRDARLIQ: Bu içkidən uzaq durun, öldürür
Sağlam həyat üçün gündəlik istifadə etdiyimiz qida və içkiləri diqqətlə seçmək lazımdır. Xüsusilə gənclər arasında çox sevilən bir içkinin zərərlərinə diqqət çəkən türkiyəli professor Canan Karatay bu içkinin immunitet sistemi və ürək sağlamlığı üçün ciddi təhlükələr yarada biləcəyini açıqlayıb.
KONKRET.azxəbər verir ki, Karatay "Enerji içkiləri insan sağlamlığı üçün tam bir zəhərdir" deyərək diqqətçəkən xəbərdarlıq edib.
Canan Karatay bunun bağırsaq sağlamlığını alt-üst etdiyini açıqlayıb:
"Enerji içkiləri insan sağlamlığı üçün tam zəhərdir. Bütün enerji içkilərinin tərkibində çoxlu miqdarda qarğıdalı siropu şəkəri var. Üstəlik, başqa kimyəvi maddələr də qatılır. Bunlar immunitet sistemini məhv edir, bağırsaq nizamını və beyin funksiyalarını pozur. Qısa müddətli enerji verirlər, sonra isə insan hədsiz yorğun olur. Bir neçə saatlıq verdiyi saxta, müvəqqəti xoşbəxtlik və enerji insanda asılılıq yaradır. Bu içkilərin ürəyə ciddi ziyanı var. Qaraciyərin də daha tez yağlanmasına səbəb olur. Alkoqoldan daha çox sinir sisteminə zərər verir. Həzm sistemini pozur. Orqanizm müqavimətini sıfıra endirir və bundan sonra hər cür xəstəliklərin baş qaldırması qacınılmaz olur".
Bundan başqa enerji içkilərinin həddindən artıq istifadəsi kofein zəhərlənməsinə səbəb ola bilər.
Tərkibindəki yüksək kofein səbəbindən asılılığa səbəb ola bilər və orqanizmin tarazlığını poza bilər.
Tərkibində həddindən artıq şəkər olduğu üçün bədənin su itirməsinə səbəb ola bilər.
Hamiləliyin ilk aylarında içilən enerji içkiləri həddindən artıq kofein qəbulu səbəbi ilə uşağın düşməyinə belə səbəb olur.Yenisabah.az

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var