Xələf Xələfov: "Bu gün regionda sülhün qarşısını ala biləcək qüvvə mövcud deyil"

Xələf Xələfov: "Bu gün regionda sülhün qarşısını ala biləcək qüvvə mövcud deyil".
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda Şuşada keçirilən konfransda deyib.
Onun sözlərinə görə, Şuşa bəyannaməsinin imzalanmasından sonra keçən il ərzində Azərbaycan və Türkiyə arasında siyasi dialoq sistemi intensiv xarakter alıb: "Qarabağ bölgəsində Türkiyənin mövcudluğu ölkəmiz üçün xüsusi önəm daşıyıb və bu iştirak ümumilikdə regionun təhlükəsizliyinə töhfə verəcək. Azərbaycan və Ermənistan arasında dövlət sərhədlərinin delimitasiyasının həyata keçirilməsi vacib siyasi və mühüm məsələdir. Azərbaycan-Ermənistan, eləcə də qonşu dövlətlər bu işi davam etdirməlidirlər. Hər hansı şərh və maneələr bu prosesi dayandırmamalıdır. Ermənistan siyasi dairələri sülhün bərqərar olması ilə bağlı bir-birinə zidd fikirlər səsləndirirlər. Biz bu fikirləri yersiz və keçərsiz sayırıq. Çünki sülhə alternativ nəsə yoxdur. Regionda yaranmış potensialları nəzərə alsaq, bu gün regionda sülhün qarşısını ala biləcək qüvvə mövcud deyil".
X.Xələfov bildirib ki, Azərbaycanın qələbəsinin simvolunu Şuşa təşkil edir: "İkinci Qarabağ müharibəsindən danışırıqsa, Şuşanın işğaldan azad olunması bu qələbənin üzük daşıdır. Bu gün əsas məsələlərdən biri Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü sülh gündəliyidir. Bunun ətrafında bütün səylərimizi göstəririk. Şuşa Bəyannaməsinin bir çox bəndləri bu sülh gündəliyinin irəli aparılmasına yönəlib. Bəyannamənin müddəaları Azərbaycan müstəqiliyyini bərpa etdikdən sonra 30 il ərzində qarşımızda əməkdaşlıq və həmrəylik, xüsusilə də 44 günlük Vətən müharibəsi günlərində formalaşmış və təşəkkül tapmışdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan iki ölkənin qardaşlığının gələcəyinə yönəlik konturlarını və əsas istiqamətlərini bu bəyannamənin mətnində öz imzaları ilə tarixə yazıblar".
Nazir müavini vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətləri Şuşa Bəyannaməsi ilə zirvə mərhələsinə qədəm qoyub: "Şuşa Bəyannaməsi iki ölkə arasında qarşılıqlı fəaliyyət və dəstəyə əsaslanan müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edir. Bəyannamə Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi, uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səyləri artırır".//Report
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

Siyasi       Tarix: 16 iyun 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - FOTO

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Nyusmaks"a (Newsmax) müsahibəsində


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən xəbər cəbhədən son xəbər xeberler bu qun xabarlar