Xərçəng xəstəliyi haqqında

Xərçəng xəstəliyi haqqındaƏgər xərçəng erkən mərhələdə aşkar edilərsə onu müalicə etmək mümkündür. Önəmli olan orqanizmə diqqət etməkdir, onun hansı vəziyyətdə özünü yaxşı hiss etməsi və nə zaman sapmasını anlamaq lazımdır. İnsan onkologiya xəstəliyinə tutularsa həkimlər bunu ilk mərhələdə müşahidə edə bilər.
Bir sıra ümumi xərçəng simptomları vardır. Əgər siz bunu özünüzdə hiss edirsinizsə bu o deməkdir ki, sizin orqanizminizdə bu və ya digər dəyişikliklər baş verir. Bunlar sizdə yaranibsa həkimə dərhal müraciət edin:
- şiş;
- səs batıqlığı, öskürək, təngnəfəslik;
- qanaxma;
- həzm tarktının işinin dəyişməsi;
- xallar;
- səbəbsiz çəki itirmə.
Xərçəngin ilkin əlamətləri aşkar edilərsə nə etməli?
Şişlər:
Əgər siz normal və adi halda orqanizminizin necə işləməsini bilirsinizsə, o zaman siz onkologiyanı dərhal hiss edəcəksiniz. Daha dəqiq desək xəstəliyə səbəb olan erkən mərhələdəki dəyişikliklərdən şübhələnəcəksiniz. Əgər bədəninizin hər hansısa bir yerində şiş nəzərə çarparsa dərhal həkimə müraciət edin. Bu halda şişin dəqiq nə zaman yaranması, onun sizə mane olub-olmaması (narahatlıq yaratması) və ölçüsünün dəyişməsi haqqında məlumatları tam dəqiqliklə bildirmək daha yaxşı olardı. Çox zaman xərçəng yaranmaları ağrısız olur.
Onkoloji şişin mənşəyinə toxunmaq çox zaman çətindir. Beləki, əgər həkim bədxassəli şiş aşkar edərsə o zaman xəstəni gələcək müayinə və analizlər üçün lazımlı mütəxəssisə yönəldəcək.
Əgər bədəndə tez-tez şişkinlik və ya şişlər yaranırsa nəzərə almaq lazımdır ki, onlar bədxassəli deyil.
Səs batıqlığı, öskürək, təngnəfəslik:
Sinə xərçəngi simptomları - səs batıqlığı, öskürək, təngnəfəslik. Bunlar təbii ki, infeksiya, iltihab və digər xəstəliklərdən yarana bilər. Lakin bəzi hallarda bu cür əlamətlər ağciyər xərçəngini göstərir. Əgər iki həftə ərzində öskürək və təngnəfəslik keçmirsə o zaman mütləq həkimə müraciət edin. Bəlğəmdə qan izi göründüyü halda da mütəxəssisə müraciət etmək lazımdır.
Səsbatıqlığına səbəb çox vaxt laringit də ola bilir. Bu xəstəlik qırtlağın iltihabı deməkdir. Nadir hallarda, səs batıqlığı - qırtlaq xərçənginin erkən simptomu hesab edilir. Əgər bu nasazlıq sizi iki həftədən çox narahat edirsə o zaman mütəxəssisə müraciət etməlisiniz.
Həzm traktının pozulması
İfrazın qanla olması həzm traktının fəaliyyətinin dəyişilməsi deməkdir.Adətən bu zaman qan tünd və ya açıq qırmızı olur. Açıq qırmızı qan olduğu zaman babasilin əlamətidir. Həzm traktının işinin tezliyinin heç bir səbəb olmadan dəyişməsi (qəbzlik və ya ishal) xərçəngin simptomlarından hesab oluna bilər. Bəzi xəstələr düz bağırsaq və qarında ağrılar hiss edir.
Qanaxma
Heç bir səbəbsiz yaranan qanaxma - daxili orqanlarının işinin pozulması deməkdir. Bu həkimə müraciət etmək üçün əsaslı bir səbəbdir.
Düz bağırsaqda baş verən qanaxma babasil simptomu, eləcə də daxili orqanlardan hər hansı birinin xərçəngi simptomu ola bilər. Əgər qadınlarda uşaqlıq və ya uşaqlığın boynunda bədxassəli şiş yaranıbsa o zaman qanaxma aybaşı aralıqlarında yaxud da, cinsi əlaqədən sonra baş verəcəkdir. Menopoz zamanı əgər belə hal müşahidə olunursa həkimə təcili surətdə müraciət edilməlidir.
Sidikdə qan görünməsi sidik kisəsinin xərçəngi və yaxud böyrəklərin onkoloji xəstəliyi deməkdir. Lakin buna səbəb infeksiya da ola bilər. Sidikdə qan izi göründüyü zaman mütləq həkimə müraciət edilməlidir.
Əgər öskürək zamanı bəlğəm qanla bərabər çıxırsa buna səbəb ciddi yoluxucu xəstəlikdir. Bəzən bu ağciyər xərçənginin əlamətidir. Qusma zamanı görünən qan xərçəngdən xəbər verə bilər,lakin bu mədə xorasıda ola bilər. Ona görə də, "xərçəngi necə müəyyən etmək olar?" sualına dəqiq cavab almaq üçün mütəxəssisə müraciət etmək lazımdır.
Burun qanaması və göyərməsi - nadir xərçəng simptomlarıdır.
Xallar
Dəri xərçəngi özünü necə göstərir? Bədənində çoxlu sayda xal olan insanlar bu haqda çox düşünürlər. Bu xəstəlikdən biri melanomadır. Bir qayda olaraq o dəri görünüşünü dəyişərək hiss olunur. Bəzən elə gəlir ki, yeni bir xal əmələ gəlib. Lakin melonoma mövcud olan xalda da formalaşa bilər. Ona görə də bəzən xoşxassəli "formalaşmanı" bədxassəlidən ayırmaq çətin olur.
Əgər xallarda aşağıda göstərilən əlamətlər yaranırsa durmadan həkimə müraciət edilməlidir:
- asimmetriya (xallar adətən hamar və simmetrik olur, melanomlar isə xeyr);
- hamar olmayan kənarlar;
- xallar üçün tipik olmayan rənglər ( beləki, xallar bir qayda olaraq qəhvəyi rəngdə olur, melanomlar isə qəhvəyinin qara, çəhrayı, qırmızı, ağ və hətta göy rənglə qarışığı rəngdədir)
- böyük ölçülü - (normal xallar 6mm diametrində olur, melonomlar ise 7 mm-dən artıq olur);
- üzərində qabıqlanma, qaşınma, qanaxma: melonomlar qanaxma vere bilir, üzəri qabıq bağlayır və qaşınır (dəri xərçənginin bu simptomları tez-tez baş vermir, lakin onları unutmaqda olmaz)
Beləliklə, əgər dərinizdəbir neçə həftə ərzində sağalmayan hər hansı bir ləkələr görsəniz, yaxud da yuxarıda göstərilən melonoma simptomlarından müşahidə etsəniz dərhal həkimə müraciət edin.
Səbəbsiz çəki itirmə
Onkologiyanı başqa cür necə müəyyən etmək olar? Bu haqqda sizin bədəninizin çəkisi deyəcək. Əgər çox az müddətdə (məsələn, iki ay ərzində) heç bir stress halı keçirmədən, ağır fiziki iş görmədən, pəhriz saxlamadan çox çəki atmısınızsa bu halda həkim müayinəsi şərtdir. Çəki atılması xərçəng simptomuyla əlaqəlidirsə o zaman xəstədə digər əlamətlərdə özünü göstərəcək: yüksək yorğunluq, ağrılar və ürəkbulanma.
Həyəcan simptomları yarandığı halda nə etmək lazımdır?
Özünüzdə xərçəng simptomları ilə qarşılaşdığınızda nə etməli? Cavab aydındır: həkimə müraciət etmək lazımdır. Yalnız mütəxəssis vəziyyəti qiymətləndirərək dəqiq müalicə yaza bilər. Məhz həkim diaqnozlar üçün rentgen müayinəsinə, analizlərə yönləndirə bilər.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 08 oktyabr 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən son xəbərlər 2026 son xeberler azerbaycan cəbhədən son xəbər gunun xeberleri