Uşaqlar arasında təhlükə YAYILDI - Valideynlər üçün HƏYƏCAN TƏBİLİ

Uşaqlar arasında təhlükə YAYILDI - Valideynlər üçün HƏYƏCAN TƏBİLİ"Son vaxtlar uşaqlar arasında müxtəlif virus infeksiyalarının, xüsusilə də rotavirusun yayılması müşahidə olunur. Bu virus 5 yaşına qədər uşaqların demək olar ki, hamısının yoluxduğu ən yayılmış mədə-bağırsaq infeksiyalarından biridir. Rotavirus əsasən qusma, ürəkbulanma, qarın ağrısı və şiddətli diareya ilə müşayiət olunur. Xəstəlik, xüsusilə də körpələr və azyaşlı uşaqlar üçün ciddi su və elektrolit itkilərinə, nəticə etibarilə isə ağırlaşmalara – bəzən isə qıcolmalara səbəb ola bilər".
KONKRET.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında professor Adil Qeybulla deyib. Həkim uşaqlar arasında yayılan təhlükəli virus barədə əhaliyə xəbərdarlıq edib:
"Rotavirus infeksiyasına yoluxan uşaqlar mütləq yataq rejimində saxlanmalı və bol maye qəbul etməlidirlər. Elektrovit və ya digər elektrolit tozları/məhlulları vasitəsilə bədənin su-duz balansı bərpa edilməlidir. Bu tədbirlər xəstəliyin ağırlaşmasının qarşısını almaqda mühüm rol oynayır.
Təəssüflə qeyd edilməlidir ki, rotavirusun bu qədər geniş yayılmasının əsas səbəblərindən biri vaxtında vaksinasiya olunmama, uşaqlarda immun sistemin zəifliyi, düzgün və balanslı qidalanmanın olmaması, həmçinin uşaq bağçalarında və kollektiv məkanlarda gigiyena qaydalarına əməl edilməməsidir. Bu hallar virusun daha geniş epidemioloji ərazidə yayılmasına şərait yaradır".
A.Qeybulla onu da vurğulayıb ki, rotavirus infeksiyasının qarşısının alınması üçün profilaktik tədbirlər zəruridir:
"Bağçalarda, uşaq evlərində və xəstə uşaqların olduğu məkanlarda dezinfeksiya və təmizlik işləri gücləndirilməlidir. Əl yuma vərdişi uşaqlara kiçik yaşlardan aşılanmalı, tualet və yeməkdən əvvəl gigiyenaya diqqət artırılmalıdır. Hərarəti və ishalı olan uşaqların kollektivə buraxılması müvəqqəti dayandırılmalıdır.
Bununla yanaşı, kütləvi informasiya vasitələrində – televiziyalarda, sosial şəbəkələrdə və digər media platformalarında rotavirus və digər infeksiyalardan qorunma yolları ilə bağlı geniş maarifləndirmə kampaniyaları aparılmalıdır. Valideynlərə, baxıcı və müəllimlərə gigiyena və sanitar normalar, qidalanma və immunitetin gücləndirilməsi ilə bağlı praktiki tövsiyələr verilməlidir.
Unutmamalıyıq ki, bu kimi virusların yayılmasının qarşısını almaq üçün təkcə səhiyyə orqanlarının deyil, bütün cəmiyyətin üzərinə məsuliyyət düşür. Maarifləndirmə, vaxtında vaksinasiya və gigiyenik qaydalara əməl edilməsi uşaqları xəstəlikdən qorumağın ən təsirli yollarındandır. Əks halda, bu xəstəliklərin yayılmasının qarşısını almaq çətinləşəcək və nəticələr daha ağır ola bilər".

Sağlamlıq       Tarix: 30 may 2025
f Paylaş

Oxşar xəbərlər

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən video xeber az son xeberler bu gun xeberlər