Xərçənglə mübarizə aparan viruslar aşkar edilib

Xərçənglə mübarizə aparan viruslar aşkar edilibXərçənglə mübarizə aparan viruslar aşkar edilib
Rusiya Səhiyyə Nazirliyinin Seçenov Universitetinin molekulyar virusologiya laboratoriyasının mütəxəssisləri xərçənglə mübarizə vasitəsi kimi vezikulyar stomatit, "Nyukasl" və "miksoma" xəstəliklərinə səbəb olan virusları sınaqdan keçiriblər. Bu məqsədlə viruslar xüsusi olaraq zəiflədilib.
Seçenov Universitetindən verilən məlumata görə, bu onkolitik virusların istifadəsi minimum əlavə təsirlərlə xərçəngin müalicəsinin daha effektiv üsullarını yaratmağa imkan verəcək.
Onkolitik viruslar xərçəng hüceyrələrini yoluxdurmaq və məhv etmək qabiliyyətinə malikdir. Xərçəngin müalicəsində bu cür üsullarla ilk təcrübələr 1960-cı illərdə başlayıb. Halbuki, əvvəllər virusların istifadəsi orqanizmdə güclü immun reaksiyalarına səbəb olmuşdur. Müasir texnologiyalar patogenləri dəyişdirməyə imkan verdi və onları insanlar üçün təhlükəsiz etdi.
Tədqiqatçılar vezikulyar stomatit, "Nyukasl" xəstəliyi (quş virusu) və "miksoma" (dovşan virusu) viruslarını zəiflədərək, onlar tez metastaz verən melanomanın aqressiv forması olan siçanlara tətbiq edilib. Eksperimental gəmiricilərin bir ay ərzində müşahidəsi göstərdi ki, molekulyar stomatit virusu eksperimental müalicə almayan heyvanlarla müqayisədə birincili və ikincili şişlərin inkişafını 50% ləngidir.
Digər viruslar daha az təsirli olsa da, xərçəngin inkişafının qarşısını alıb. Bundan əlavə, virus terapiyası siçanların aktivliyini və iştahasını qoruyub saxlamağa kömək edib.
"Demək olar ki, istənilən virusu xərçəng hüceyrələrinə təsir etmək üçün adaptasiya etmək mümkündür. Xərçəng müalicəsində onkolitik viruslar həm müstəqil vasitə, həm də terapevtik molekullar üçün daşıyıcı rolunu oynaya bilər. Virus xərçəng hüceyrələrində çoxalır və onları məhv edir, xüsusi zülallar isə şiş hüceyrələrinin səthindəki müəyyən reseptorları bloklayaraq, şişi orqanizmdə aşkar etməyə kömək edir və bununla da xəstənin öz immun sistemini aktivləşdirir ki, o, özü xəstəliklə mübarizə aparsın", - deyə Seçenov Universitetinin molekulyar virusologiya laboratoriyasının rəhbəri Aleksandr Maloqolovkin bildirib.
Onkolitik virusların sağlam hüceyrələrdə arta bilməməsi vacib amildir, buna görə də bu cür müalicə həm şişi, həm də sağlam hüceyrələri məhv edən kimyaterapiya və radioterapiyadan daha az aşkar əlavə təsirlərə malik olacaq.
Tədqiqat "Prioritet 2030" strateji və akademik liderlik proqramı çərçivəsində Rusiya Xalqlar Dostluğu Universiteti və Virusologiya və Mikrobiologiya Federal Tədqiqat Mərkəzinin tədqiqatçıları ilə birlikdə baş tutub.
Mənbə: Gazeta.ru / oxu.az

Maraqlı       Tarix: 13 sentyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO. Əbu-Dabi - səhranın üstündə yüksələn şəhərdir. Birləşmiş Ərəb Əmirliklərinin yeddi əmirliyindən biri və ölkənin biznes, siyasi

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR. Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. Yaddaş və konsentrasiyan

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi


azerbaycan xeberleri son xeberler yeni xeberler xabar az metbuat xeberlər en sonxeber