Xərclərin azaldılması turizm gəlirlərini artıracaq? - AÇIQLAMA + FOTO
Xərclərin azaldılması turizm gəlirlərini artıracaq? - AÇIQLAMA + FOTO
"Turizm sektorunda xərclərin azaldılması və xidmət keyfiyyətinin artırılması olduqca əhəmiyyətlidir. Bu, turizm gəlirlərində dayanıqlılığı artıra bilər".
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, cari ilin ilk 10 ayında Azərbaycanı ziyarət edən turistlərin sayındakı dinamika saxlanılaraq, Avropadan gələnlərin sayındakı artım davam edib.
"Belə ki, həmin dövrdə ölkəmizə gələn turistlərin sayı 30,3 faiz artsa da, avropalı ziyarətçilərin sayında artım 41,9 faiz olub. Həmin müddətdə 1 milyon 723 min əcnəbi Azərbaycana səfər edib. Yeri gəlmişkən, körfəz ölkələrindən gələnlərin sayında azalma davam edib. 2023-cü ilin ilk 10 ayında ərəb dövlətlərindən Azərbaycana gələnlərin sayı 7,4 faiz azalıb.
Ən çox artım üç Asiya ölkəsinin payına düşür: Çindən gələnlərin sayı 7,3 dəfə, Cənubi Koreyadan - 3,5 dəfə, Türkmənistandan - 2,7 dəfə artıb. MDB ölkələrindən gələnlərin sayı da 49,6 faiz artaraq, 692,6 min nəfərə çatıb.
Turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sahədir. Pandemiyadan əvvəlki il - 2019-cu ildə ölkəyə üç milyondan çox turist gəlmişdi və əcnəbilər həmin il Azərbaycanda 2,6 milyard dollara yaxın vəsait xərcləmişdilər.
Bu baxımdan, gələn turistlərin ölkə mənşəyinin yeniləşməsi, xüsusən də Avropa və Cənubi-Şərqi Asiyada yerləşən dövlətlərlə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir", - deyə o qeyd edib. / oxu.az

Yekun bəyanat qəbul edildi
Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama
Ermənistan Azərbaycan və Türkiyə sisteminə QOŞULUR - Paşinyan yeni planını AÇIQLADI
Şəkidə 4 yaşlı qıza it hücum edib - Xəsarət yetirdi
Trampın İran planı üzə çıxdı - TƏCİLİ
"Aquşa" ilə bağlı xoşagəlməz fakt - XƏBƏRDARLIQ
Şəmkirdə vəzifəli şəxs öldü
Məktəbdə həyəcanlı anlar: Uşaqlar helikopterlə xəstəxanaya çatdırıldı
İranda növbəti dəfə zəlzələ olub, Naxçıvanda da hiss edilib
Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi
İcarəyə götürdüyü avtomobillə yol kənarındakı piyadanı vurdu
38 yaşlı aktyor faciəli şəkildə həyatını itirdi
Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib
Paşinyan: TRIPP layihəsinin icrasına bu tarixdə başlanılacaq
Harri Keyn əməliyyat olundu - Foto