Xəstələnmək istəmirsinizsə - bu adətlərdən TƏCİLİ QURTULUN
Qış boyu sağlamlığınızın qeydinə qalmaq istəyirsinizsə, indiyədək yanlış etdiyiniz adətlərinizdən qurtulmalısınız.
Milli.Az bu günədək xəstələnməmək üçün yol verdiyiniz yanlışların siyahısını təqdim edir.
Evdən çıxarkən burun damcısı tökmək
Soyuqdəymə vaxtı əzələlər bərkiyir. Odur ki, çölə çıxarkən burnunuza damcı töksəniz, əzələlər süni şəkildə yumşalacaq və havanı isidib orqanizmə ötürmə funksiyasını yerinə yetirməyəcək. Buna görə də, evdən çıxarkən burnunuzu təmizləmək ən doğru yoldur.
Çöldə ağzınızla deyil, burnunuzla nəfəs alın
Şaxtada ağızla nəfəs alan zaman hava isinməyə vaxt tapmır. Beləcə, anginaya yoluxma şansınızı artırmış olursunuz. Odur ki, soyuq havada burnunuzla yavaş-yavaş nəfəs almağınız daha düzgündür.
Şərflə ağız və burunu bağlamaq
Şərf vasitəsilə alınan hava parçada donub qalır. Nəticədə hər dəfə nəfəs aldıqca, burnunuza və ağzınıza daha soyuq hava gedir. Bu isə angina, bronxit, dəri qıcıqlanması kimi xoşagəlməz halla sonlanır.
Evdən çıxmazdan əvvəl isti içki qəbul etmək
İsti çay qan dövranını sürətləndirir və orqanizmin müdafiə gücünü artırır. Bununla yanaşı, əzələləri genişləndirir. Bu isə o deməkdir ki, soyuğa çıxanda bədənin öz istisini daha çox itiririk. Əgər evdən çıxanda maye qəbul etmək istəyirsinizsə, isti çayı ilıq su və ya elə ilıq çay ilə əvəzləyin.
Şaxtalı və soyuq havada ac gəzmək
Orqanizmin temperaturunun normada qalması üçün ona enerji lazımdır. Enerjinin mənbəyi isə hamımızın bildiyi kimi qidadır. Odur ki, aclıq hiss edən zaman yüngül də olsa, qarnınızı doyurun.
Evdən çıxarkən üzə krem çəkmək
Əziz xanımlar, yəqin bu problemlə çoxunuz rastlaşmısınız. İstifadə etdiyimiz kremlərin demək olar ki, hamısının tərkibində su var. Kremi çəkdikdən sonra ən az 30 dəqiqə ərzində həmin su buxarlanıb havaya qarışır. Evdən çıxarkən tələsik çəkdiyiniz üz kremi dərinin soyuyub zərər görməsinə səbəb olur. (publika.az)
Milli.Az /news.milli.az

Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ