Xəstəxanalarda mövsümi qrip peyvəndləri vurulur? - ARAŞDIRMA + FOTO

Xəstəxanalarda mövsümi qrip peyvəndləri vurulur? - ARAŞDIRMA + FOTOXəstəxanalarda mövsümi qrip peyvəndləri vurulur? - ARAŞDIRMA + FOTO
Havaların getdikcə soyuması qripə yoluxma hallarının artmasına gətirib çıxarır. Payız fəslində mövsümi qriplərə yoluxmanın ənənəvi hal aldığı hər birimizə məlumdur.
Bir neçə ay ərzində insanlar arasında qrip xəstəliyinə yoluxma halları artıb. Virusa yoluxanlar xəstəliyi çox ağır şəkildə keçirirlər. Hətta əzələ, kürək ağrılarından əziyyət çəkir, nəfəsalma ilə bağlı problem yaşadıqlarını bildirirlər. Bir sözlə, əhali arasında soyuqdəymə, angina, qrip, bronxit və pnevmoniya kimi müxtəlif xəstəliklər geniş yayılıb.
Əksəriyyət mövsümi qrip peyvəndi olmadığını bildirir, bəziləri isə, hətta mövsümi peyvənddən xəbərsiz olduqlarını dilə gətirirlər.
Bəs görəsən, xəstəxanalarda mövsümi qrip peyvəndləri vurulurmu? Peyvəndlənmə prosesi ödənişlidirmi?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən infeksionist Vasif Əliyevin sözlərinə görə, mövsümi qrip peyvəndləri hər il vurulmalıdır:
Xəstəxanalarda mövsümi qrip peyvəndləri vurulur? - ARAŞDIRMA + FOTO"Mövsümi qrip peyvəndləri adəti üzrə hər il vurulmalıdır. Təxminən oktyabr ayından peyvəndlənmə prosesi başlayır. Risk qrupu hesab olunan şəxslərə, hətta gec olsa belə, yanvar və ya fevral ayında da vurula bilər. Mövsümi peyvənd tez-tez qripə yoluxan şəxslərə tətbiq olunur".
Həkim qeyd edib ki, hamilə qadınlara da mövsümi peyvəndlənmənin aparılması tövsiyə olunur:
"İmmun sistemi zəif olanların da peyvəndlənməsi tövsiyə olunur. Xroniki xəstəliyi olan insanlar, orqan köçürən xəstələr mütləq şəkildə peyvəndlənməlidirlər.
Qrip peyvəndi mövsümi olduğuna görə, hər il təkrarlanmalıdır. Bu il vurulan peyvənd mütləqdir ki, sonrakı payız mövsümündə də vurulsun. Mövsümi qrip peyvəndi 6 ayın üzərində olub, 5 yaş arası uşaqlara, 50 yaş üzərində olan insanların hamısına tətbiq edilməlidir".
"Mövsümi qrip peyvəndi xəstəlikdən qorunmaq üçün vacibdir. Heç bir əks göstəricisi yoxdur. Allergiyası olan şəxslərdə ciddi reaksiya olubsa, peyvənd vurulması əks-göstərişdir. Bunun xaricində əks-göstərişi yoxdur", - deyə V.Əliyev əlavə edib.
Oxu.Az-ın əməkdaşı bir neçə özəl və dövlət xəstəxanası ilə əlaqə saxlayıb.
Dövlət xəstəxanasından verilən məlumata görə, peyvəndlənmə prosesi ödənişsiz şəkildə həyata keçirilir:
"Bir neçə dövlət xəstəxanası peyvəndin, ümumiyyətlə, vurulmadığını desə də, bəziləri ödənişsiz şəkildə peyvəndləmə prosesinin aparıldığını deyib".
Bir neçə özəl xəstəxana isə mövsümi qrip peyvəndinin vurulmadığını qeyd edib.
Nəzrin Vahid

Maraqlı       Tarix: 16 oktyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu. BMT Baş Assambleyası 25 may tarixinin Ümumdünya Futbol Günü elan olunması barədə qətnamə qəbul edib. Bu barədə beynəlxalq təşkilatın Mətbuat Xidməti məlumat yayıb. Qey

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah


azerbaycan xeberleri son xeberler yeni xeberler axsam.az xeberler son xeberler bugun 2026 azerbaycan hava proqnozu son xəbər