Xeyrimli kənd sakinləri: Qayıdacağımız günü səbirsizliklə gözləyirik
Qazaxın 30 ildən artıq işğal altında olmuş və Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və təhlükəsizlik üzrə komissiyalarının əldə etdiyi razılıq əsasında Azərbaycana qaytarılan Xeyrimli kəndinin sakinləri sevinc hisslərini "Report"un əməkdaşı ilə bölüşüblər.
Agentliyin Qərb bürosuna danışan adıçəkilən kəndi sakini Vaqif Kərimov razılaşma barədə xəbəri eşidərkən böyük sevinc hissləri keçirdiyini deyib.
"Biz 1992-ci ilin mart ayında kəndimizdən çıxmağa məcbur olmuşuq və həmin vaxtdan bəri doğma yerimizə qayıtmaq arzusunda idik. Bizim və Qazaxın işğalda olan daha üç kəndinin qaytarılması ilə bağlı əldə olunan razılaşmanı eşidəndə çox sevindik. Mən və ailə üzvlərim bu xəbəri bir bayram kimi qəbul etdik. Sevincimizin həddi-hüdudu yoxdur. Bu sevinci bizə bəxş edən Cənab Prezident İlham Əliyevə minnətdarıq", - o deyib.
V.Kərimov kəndlərinə qayıdacağı günü gözlədiyini deyib:
"Ata-anamın qəbri olan ata yurduma qayıdıb orada yaşamaq arzusundayam. Allah şəhidlərimizə rəhmət eləsin, onların qanı tökülən torpaqlar bir-bir geri alınır, onların ruhu şad olur".
Kəndin digər sakini, Tərxan Yusibov isə Xeyrimlidən çıxanda balaca olduğunu, uşaqlıqdan haqqında eşitdiyi kəndə qayıdacağı anı böyük ümidlə gözlədiyini bildirib:
"Mən kənddən çıxanda yaşım az idi, uşaqlıqdan kəndimizə qayıtmaq arzusunda olmuşam. Eşidəndə ki, kəndimiz qaytarılacaq çox xoşbəxt oldum. Allah dövlət başçımızın canını sağ eləsin, onun siyasəti nəticəsində biz bu gün bu sevinci yaşayırıq", - deyə kənd sakini deyib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu