Xəzər dənizinə şübhəli əşyalar atan iki nəfər SAXLANILDI - FOTO
Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin Baş Komanda-nəzarət mərkəzinə Xəzər dənizinin mərkəzi istiqamətində kiçikhəcmli üzmə vasitəsinin günün qaranlıq vaxtında rejim qaydalarını pozması və qanunsuz fəaliyyətlə məşğul olması barədə məlumat daxil olub.
DSX-nin Mətbuat Mərkəzindən KONKRET.az-a verilən məlumata görə, naməlum qayığın axtarışı və saxlanılması məqsədi ilə dövlət sərhədinin mühаfizəsində olan sərhəd gəmisi dərhal həmin istiqаmətə göndərilmiş və texniki müşahidələr gücləndirilib.
Həyata keçirilən tədbirlər nəticəsində Bəndovan reydində sahildən 21 mil məsafədə aşkarlanan qayığın təqibi zamanı içərisindəki 2 nəfərin dənizə şübhəli əşyalar atmaları müşahidə edilib.
Sərhəd gəmisi tərəfindən qayıq saxlanılıb, "QO-1505" bort nömrəli üzmə vasitəsini qeyri-qanuni idarə edən şəxslərin Neftçala rayon sakinləri, 1975-ci il təvəllüdlü Süleymanov Ağakişi İrəvan oğlu və 1978-ci il təvəllüdlü Manafov Firdovsi Səmədağa oğlu olmaları müəyyən edilib.
Dənizə atılmış əşyaların axtarışı ilə bağlı görülmüş tədbirlər nəticəsində ərazidə aşkar edilən 3 bağlamaya baxış zamanı ümumilikdə 2700 ədəd qanunsuz balıqovlama vasitəsi olan qarmaq, müxtəlif növ spirtli içkilər, ətriyyat aşkarlanaraq götürülüb.
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR