Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?

Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?Bakı metrosunda sərnişinlər üçün yeni ödəniş sisteminin tətbiqi maraqla gözlənilir. Belə ki, sərnişin bir dəfə ödəniş etdikdən sonra 90 dəqiqə ərzində metrodan təkrar istifadə edərkən əlavə vəsait ödəməyəcək.
Bu mexanizmin tətbiqi xüsusilə gün ərzində bir neçə dəfə metrodan istifadə edən və marşrutunu dəyişməli olan sərnişinlər üçün əhəmiyyətli yenilik olacaq.
Bəs bu sistemin tətbiqinə nə vaxt başlanılması nəzərdə tutulur və sərnişinlər 90 dəqiqə ərzində digər stansiyalardan istifadə edərkən həqiqətən də əlavə ödəniş etməyəcəklərmi?
"Bakı Metropoliteni" QSC-dən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, ictimai nəqliyyat növləri arasında inteqrasiyanın gücləndirilməsi və sərnişinlərin bir nəqliyyat növündən digərinə keçidinin asanlaşdırılması planlaşdırılan dəyişikliklərin əsas istiqamətlərindən biridir:
"Nəzərdə tutulan yanaşmaya əsasən, sərnişinlərə müəyyən vaxt intervalı ərzində vahid ödəniş əsasında (əlavə ödəniş etmədən) müxtəlif nəqliyyat növlərindən istifadə imkanının yaradılması nəzərdə tutulur. Bu model səfərlərin daha rahat planlaşdırılmasına və nəqliyyat xərclərinin optimallaşdırılmasına xidmət edəcək.
Sözügedən yanaşma Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində ictimai nəqliyyatda həyata keçirilməsi nəzərdə tutulan islahatlarla əlaqəlidir.
Bu məsələlər üzrə qərarlar aidiyyəti qurumlar tərəfindən təsdiqləndikdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək". / azxeber.com

Sosial       Tarix: 05 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Keçən il 3 manat idi - Qiyməti kəskin düşdü

Göyçayda narın qiyməti ucuz olsa da alıcısı yoxdur. . milliaz-a istinadən xəbər verir ki, ağacdakı narların çölü özgəni, içi fermerləri yandırır. Məhsullar elə ağacdan çürük və xarab çıxır. Fermerlər bildiriblər ki, məhsul

Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur

Bakının Nizami rayonunda yerləşən "Qızıl Qaya" restoranında kütləvi qida zəhərlənməsi baş verdiyi iddia olunur. apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Mikayıl Əliyev küçəsi, 131 ünvanında yerləşən restorand

İki gündür axtarılan 12 yaşlı qız tapıldı

Abşeron rayonunun Xırdalan şəhərində itkin düşən 12 yaşlı Mələk İmanova tapılıb. APA-ya istinadən xəbər verir ki, bu barədə azyaşlının yaxınları məlumat veriblər

Masallıda itkin düşən şəxs Bakıda tapıldı

Masallı rayonunda 15 yaşlı şəxsin itkin düşməsi ilə bağlı yayılan məlumatlar əsasında araşdırma aparılıb. -a istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində yeniyetməni

Türk lirəsi tarixi minimuma düşdü

Qlobal iqtisadi vəziyyət və Türkiyənin daxili maliyyə bazarında baş verən sarsıntılar türk lirəsinin növbəti dəfə dəyər itirməsinə səbəb olub. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, Türkiyədə 1 dollar 50 lirəni, yən

Bakıda bəzi yerlərdə lift və eskalatorlar dəyişdiriləcək

Bakıda bəzi piyada keçidlərində liftlər və eskalatorlar dəyişdiriləcək. xəbər verir ki, dəyişikliklər 14 fərqli ünvanı əhatə edəcək. Yeraltı və yerüstü piyada keçidində quraşdırılmış liftin yenilənməsi və əsaslı təmiri, həmçini

Bağça müəllimlərinin sertifikatlaşdırılması üzrə qiymətləndirmə meyarları açıqlandı

Dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması üzrə qiymətləndirmə çərçivəsi təqdim edilib. xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA

"Məzunlarımız işsizdir, amma xarici mütəxəssislərə ehtiyac duyulur" – Deputat

"Əgər ölkəmizdə aqrar sahə üzrə diplomlu, lakin iş axtaran məzunların sayı bu qədərdirsə və eyni zamanda aqroparkların ehtiyaclarını ödəmək üçün xaricdən mütəxəssis cəlb edilməsinə xüsusi hüquqi şərait yaradılırsa, deməli

Prokurorluq orqanlarının veteranları təltif ediliblər

Baş Prokurorluqda veteran əməkdaşlar Çingiz Yavər oğlu Məmmədovun 75, Əziz Cəfər oğlu Seyidovun isə 70 illik yubileylərinin tamam olması münasibətilə tədbir keçirilib. Bu barədə -a Baş Prokurorluğun Mətbuat xidmətindən məluma


son xeberler azerbaycan xeberleri yeni xeberler bugünkü son xəbərlər xankendi xeberler bugun 2026 enson xeberler