XİN: "Azərbaycan Qarabağın erməni azlığına humanist və sivil münasibət göstərir

XİN: "Əvvəllər Avropa İttifaqının (Aİ) rolu faktiki olaraq ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın inhisarında idi. Bu fəaliyyətin nəticəsi isə sıfıra yaxın idi. Daha da pisi odur ki, bu vasitəçilik nəinki sülhə gətirib çıxarmadı, hətta Ermənistan tərəfindən ilhaqın açıq şəkildə tanınmasına belə mane olmadı. Bu da öz növbəsində müharibəyə səbəb oldu".
Bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov dünən Haaqada keçirilən və Aİ-nin region üzrə xüsusi nümayəndələri, Brüsseldən yüksək səviyyəli rəsmilər, eləcə də həm Qafqaz, həm də Avropa ölkələrindən yüksək səviyyəli diplomatlar və ekspertlərin iştirak etdiyi "Cənubi Qafqaz və Avropa İttifaqı" konfransında müzakirələr zamanı deyib.
Onun sözlərinə görə, rəsmi Bakı Aİ-nin Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesində hazırkı vasitəçilik missiyasını müsbət qiymətləndirir.
"Bu missiyanın tam uğur qazanması üçün keçmişin səhvləri nəzərə alınmalıdır. Bu isə ilk növbədə realizm prinsipinə, sahədə yeni yaranan reallıqlara qətiyyətlə riayət etmək, ikincisi, vasitəçinin qərəzsiz mövqeyini qorumaq deməkdir", - azərbaycanlı diplomat bildirib.
Məlumata görə, səfir Elşad İskəndərov tədbir zamanı Ermənistanın "Mülki Müqavilə" partiyasının sabiq deputatı Tatevik Ayrapetyanın Laçın yolunun müvəqqəti bağlanmasını "Azərbaycanın Qarabağ ermənilərinə qarşı etnik təmizləmə siyasəti" kimi təqdim etmək cəhdlərinə də cavab verib:
"Azərbaycan Ermənistanla sərhədin Laçın hissəsini nəzarətə götürdükdən sonra biz erməni azlığına humanist və sivil münasibət göstərdik. Bir neçə həftə ərzində 30 ildən çox separatçı rejim tərəfindən məcburi təcrid vəziyyətində saxlanılan yerli əhali Azərbaycan hakimiyyətinin nümayəndələri ilə əlaqə yarada bildi - və heç bir problem olmadı. Və bu, qarşılıqlı etimad yaratmağın ən yaxşı yoludur".
"Kim bu mühüm etimad quruculuğu tədbirinin yaradılması prosesini sarsıtdı?" - səfir Ermənistan nümayəndəsinə müraciət edib. "Ermənistandan atılan snayper gülləsi təkcə Azərbaycan sərhədçisinə deyil, həm də erməni azlığının Bakı ilə dialoquna qarşı yönəlmişdi. Çünki yerlərdəki real proses, bu ünsiyyət, sizin kimilərin "etnik təmizləmə planları" ilə bağlı ortaya atdıqları yalan rəvayətləri məhv etdi", - deyə səfir Elşad İskəndərov əlavə edib.
///apa / azxeber.com

Siyasi       Tarix: 06 iyul 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini


azerbaycan xeberleri yeni xeberler son xeberler dunya xeberleri xeber xeber.az bu gun xeberler az