XİN başçıları Quranın yandırılmasını PİSLƏDİ
İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçirilib.
KONKRET.az xəbər verir ki, tədbirdə çıxış edən Sudanın xarici işlər naziri Əli Əl-Sadiq Əli, Suriyanın xarici işlər naziri Feysəl Mekdad, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Qətərin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxi, Pakistanın xarici işlər naziri Məhdum Şah Mahmud Qureşi və digərləri Qoşulmama Hərəkatının əsasında "Banduq prinsipləri"nin dayandığını diqqətə çatdırıb.
Bu prinsiplərin ölkələrin ərazi bütövlüyünü, sülhü, münaqişələrin sülh yolu ilə həllini, bərabərliyi təşviq etdiyini vurğulayıblar.
Nazirlər Qurban bayramının ilk günündə İsveçdə Qurani-Kərimin yandırılmasını qətiyyətlə pisləyiblər.
Qeyd olunub ki, bu cür kriminal hərəkətlərə icazə verilməməli və kəskin şəkildə qınanmalıdır.
Bu kimi islamofobiya hallarının təzahürlərinə qarşı daha fəal mübarizə aparmağın vacibliyi vurğulanıb.
Tədbirdə, həmçinin Qoşulmama Hərəkatının əhəmiyyəti və təşkilatın malik olduğu imkanlar qeyd edilib.
Eyni zamanda, Qoşulmama Hərəkatının bir çox problemlərin həllində mühüm rol oynadığı bildirilib.
Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü işini sabah davam etdirəcək.




Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi