XİN-dən ABŞ-da erməni terrorçusunun azadlığa buraxılmasına sərt REAKSİYA - FOTO
XİN-dən ABŞ-da erməni terrorçusunun azadlığa buraxılmasına sərt REAKSİYA - FOTO
Azərbaycan Xarici İşlər Nazirliyi Los-Anceles Ali Məhkəməsi tərəfindən erməni terrorçu Hampiq Sasunyanın azad edilməsini qınayıb.
Nazirliyin "Twitter" səhifəsində bu barədə paylaşım edilib.
"Türkiyəli diplomatın qətlinə görə məhkum olunmuş terrorçu Hampiq Sasunyanın azadlığa buraxılması dünyanın ən güclü diplomatik korpuslarından birinə sahib olan ölkədə diplomatiyanın maraqlarına zərbə vurur", - deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, 1982-ci il yanvarın 28-də Türkiyə Respublikasının ABŞ-ın Los-Anceles şəhərindəki Baş konsulu Kemal Arıkan erməni terrorçular Hampiq Sasunyan və Krikor Saliba tərəfindən qətlə yetirilib.
Saxlanılan H.Sasunyan ömürlük həbs cəzasına məhkum edilib. İstintaqdan yayına bilən K.Salibanın isə həmin il Livandakı vətəndaş müharibəsində öldürüldüyü bildirilib. /oxu.az

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına