XİN-dən Belçika parlamentinin Qarabağ qətnaməsi ilə bağlı AÇIQLAMA

XİN-dən Belçika parlamentinin Qarabağ qətnaməsi ilə bağlı AÇIQLAMAXİN-dən Belçika parlamentinin Qarabağ qətnaməsi ilə bağlı AÇIQLAMA
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Belçika Krallığının Parlamentinin Azərbaycana qarşı bəzi əsassız iddiaları əks etdirən qətnamə qəbul etməsinə münasibət bildirib. 
"Bu ilin 17 dekabr tarixində Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının plenar sessiyası zamanı "Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli və atəşkəsin əldə olunması üçün Belçikanın və beynəlxalq qurumların təşəbbüslərinə dəstək" adlı qətnamə layihəsi qəbul edilib.
Məlumat verdiyimiz kimi, Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasında iştirak etmək məqsədilə Belçika Krallığına işgüzar səfər edən Xarici İşlər naziri Ceyhun Bayramov səfər çərçivəsində Belçika Krallığının Baş Nazirinin müavini, Xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri Sofi Vilmes ilə görüşüb. 
Görüş zamanı nazir Ceyhun Bayramov Belçika Parlamenti tərəfindən Azərbaycan, eləcə də qardaş Türkiyəyə qarşı əsassız və qərəzli iddiaları əks etdirən qətnamənin qəbul edilməsi ilə bağlı etiraz və narazılığımızı Belçika rəsmisinin diqqətinə çatdırıb", - deyə XİN rəsmisi qeyd edib.
L.Abdullayeva qeyd edib ki, sənəddə Belçika hökumətinin izahı nəticəsində beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT TŞ-nin 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrə istinadın əks olunmasına rəğmən, burada həqiqəti əks etdirməyən qərəzli fikirlərin yer almasının qəbuledilməz olduğu bildirilib:
"Vurğulamaq istərdik ki, Belçikanın Baş Nazirinin müavini, Xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri ölkəsinin rəsmi mövqeyini xatırladaraq, Belçika tərəfindən dövlətlərarası münasibətlərdə hər zaman beynəlxalq hüququn normalarının rəhbər tutulduğunu qeyd edib". /oxu.az

Siyasi       Tarix: 19 dekabr 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler bugun oxu.az xeberler kriminal xeberler son xəbərlər bugün 2026