XİN: Mirzoyanın Azərbaycan əleyhinə səsləndirilmiş əsassız və yalan dolu iddiaları qətiyyətlə rədd edirik

XİN: Mirzoyanın Azərbaycan əleyhinə səsləndirilmiş əsassız və yalan dolu iddiaları qətiyyətlə rədd edirik9 noyabr 2023-cü il tarixində Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan tərəfindən Parisdə UNESCO-nun Baş Konfransının 42-ci sessiyası çərçivəsində çıxışı zamanı Azərbaycan əleyhinə səsləndirilmiş əsassız və yalan dolu iddiaları qətiyyətlə rədd edirik.
azxeber.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın UNESCO-nun Baş Konfransının 42-ci sessiyası çərçivəsində çıxışı zamanı səsləndirdiyi əsassız fikirlərə dair şərhində bildirib.
"Ölkəmizə qarşı 30 ilə yaxın hərbi təcavüz zamanı kütləvi qırğınlar və insanlıq əleyhinə cinayətlər törədən, bir milyona yaxın azərbaycanlının fundamental hüquqlarını pozan Ermənistanın riyakarcasına Azərbaycanı könüllü olaraq Ermənistana getmiş ermənilərin "etnik təmizləməsində" ittiham etməkdə davam etməsi, bu istiqamətdə müxtəlif beynəlxalq platformalardan sui-istifadə cəhdləri qəbuledilməzdir. Ermənistanın bu kimi əsassız iddialarının regiona səfər edən, eləcə də bu ölkədə aktiv fəaliyyət göstərən BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabat və bəyanatları ilə açıq şəkildə ziddiyyət təşkil etdiyi göz qabağındadır.
Azərbaycanın Qarabağ bölgəsində mədəniyyət və tarixi abidələrin təhlükə altında olması ilə bağlı iddialara gəldikdə isə, ölkəmizin keçmiş işğal olunmuş ərazilərində və Ermənistanda mədəni irsimizin qəsdən dağıdılması, mənimsənilməsi, dəyişdirilməsi, habelə qanunsuz başqa yerə aparılması ilə tanınan Ermənistanın Azərbaycanı bu məsələdə ittiham etməsi tamamilə əsassızdır. Ermənistan nazirinin bu məsələdə Beynəlxalq Ədalət Məhkəməsinin qərarına yersiz istinadı isə, məhkəmə qərarlarının təhrif edilməsi cəhdindən başqa bir şey deyil", - XİN rəsmisi qeyd edib.
A.Hacızadə bildirib ki, Azərbaycanın suveren ərazilərində yerləşən tarixi və dini abidələrimiz milli-mədəni irsimizdir və mənşəyindən, dünyəvi və ya dini mənsubiyyətindən asılı olmayaraq qorunur.
"Ermənistanın mədəni, dini, tarixi qorumaq vəzifəsi daşıyan UNESCO kimi beynəlxalq platformadan Azərbaycanın Qarabağ bölgəsinə qiymətləndirmə missiyasının reallaşdırılması ilə bağlı çağırışları ikiüzlülükdən başqa bir şey deyildir. Məhz Azərbaycan dəfələrlə qiymətləndirmə missiyalarının reallaşdırılması çağırışlarını etsə də təəssüf ki, bu, Ermənistan tərəfinin əngəlləri nəticəsində mümkün olmayıb. UNESCO-nun özü də 2005-ci il hesabatında bu faktı təsdiqləyib. Ermənistanın müxtəlif beynəlxalq platformalardan Azərbaycana qarşı yalan və iftira dolu ritorikanı davam etdirərək, ölkəmizə qarşı qarayaxma kampaniyasını davam etdirməsinin və bununla da sülh sazişi ilə bağlı perspektivləri daha da sarsıtmaqda qərarlı olmasının bir daha şahidi oluruq. Ümid edirik, Ermənistan tərəfi bölgədə sülh üçün yaranmış bu tarixi şansı əldən verməyəcək və ölkəsinin faydalanacağı regional sabitlik və iqtisadi istiqrar üçün səylərə mane olmayacaq", - Sözçü əlavə edib.

Sosial       Tarix: 10 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl


azerbaycan xeberleri yeni xeberler son xeberler cebheden xeberler apa.az xeberler son xeberler 2026 bu gunun xeberleri