XİN Paşinyanın xalqa müraciətini şərh edib

XİN Paşinyanın xalqa müraciətini şərh edibXİN Paşinyanın xalqa müraciətini şərh edib
Ermənistan Baş naziri bu ilin 3 oktyabr tarixində erməni xalqına müraciətində ənənəvi yalan və iftira dolu fikirlərini səsləndirib. Təcavüzkar siyasətinə haqq qazandırmağa çalışan və erməni xalqını bu siyasətin qurbanına çevirən N.Paşinyan bölgədə sülhün bərpa edilməsi istiqamətində addımlar atmaqdan çox uzaqdır.
Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin Ermənistan Baş nazirinin xalqa müraciətinə dair şərhində bildirilib.
Qeyd olunub ki, bölgədəki gərginliyin kökündə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarında qeyri-qanuni mövcudluğunun durduğunu və BMT TŞ qətnamələri başda olmaqla, beynəlxalq ictimaiyyətin işğala son qoymaq tələblərini görməzdən gələn Ermənistanın hazırkı rəhbərliyi məsələyə tamamilə əsassız şəkildə dini çalarlar qataraq bir tərəfdən öz işğalçı siyasətini ört-basdır etməyə davam edir, digər tərəfdən isə öz xalqını fəlakətə sürükləyir.
"Ermənistan rəhbərliyinin davamlı şəkildə bölgədəki əməliyyatlarda guya ki, Türkiyənin də iştirak etməsi ilə bağlı söylədiklərinin yalnız bir məqsədi var, münaqişəyə üçüncü tərəflərin cəlb olunmasına nail olmaq. Bir daha xatırladırıq ki, Azərbaycan ordusu beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü təmin etmək üçün kifayət qədər hazırlıqlıdır və 27 sentyabr tarixindən etibarən Ermənistanın yeni təcavüzünün qarşısını almaq üçün BMT Nizamnaməsinin 51-ci maddəsinə istinadən əks həmlələr həyata keçirir.
Ermənistan Baş nazirinin "ermənilərə qarşı soyqırımı" siyasətinin həyata keçirilməsi ilə bağlı cəfəng fikirlərinə gəldikdə isə, müharibə dövründə azərbaycanlı əhaliyə qarşı müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər, Xocalı soyqırımını törədən Ermənistandan fərqli olaraq, Azərbaycan tərəfinin beynəlxalq humanitar hüquqa uyğun şəkildə əks cavab tədbirlərini həyata keçirdiyini və dinc insanları hədəfə almadığını vurğulayırıq.
Azərbaycan silahlı qüvvələri öz suveren ərazilərində və beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü təmin etmək üçün haqlı mübarizə aparır. Ermənistan rəhbərliyinin bölgədə yaranmış vəziyyətə görə öz birbaşa məsuliyyətini ört-basdır etmək məqsədilə atdığı hər bir addım uğursuzluğa düçardır", - deyə XİN-nin müraciətində bildirilib. /oxu.az

Siyasi       Tarix: 04 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah


yeni xeberler azerbaycan xeberleri son xeberler meherremlik 2026 krimnal bugun şou biznes xəbərləri xabar az