XİN qanun pozuntuları ilə bağlı Maliyyə Nazirliyinə cavab verdi
"Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin məlumatında aparılan yoxlamanın əhatə etdiyi dövr göstərilmədiyindən, məsələyə aydınlıq gətirməyi vacib hesab edirik. Vurğulamaq istərdik ki, Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2021-ci ildə aparılmış nəzarət tədbirləri 2015-ci ilin 1 yanvar tarixindən 2020-ci ilin 3 iyul tarixinədək olan dövrü əhatə edir".
KONKRET.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
"Məlum olduğu kimi, DTX-nin 2020-ci ildə apardığı əməliyyat nəticəsində XİN-in İşlər İdarəsinin məsul əməkdaşları saxlanılıb və aparılmış istintaq hərəkətləri nəticəsində XİN zərərçəkmiş şəxs qismində tanınıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş 22 dekabr 2021-ci il tarixli hökmünə uyğun olaraq, həmin şəxslərdən cinayət hərəkətləri nəticəsində əldə olunmuş vəsaitin XİN-ə ödənilməsi qeyd olunub", – deyə L.Abdullayeva vurğulayıb.
Qeyd edək ki, bu gün Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti məlumat yayaraq Xarici İşlər Nazirliyində qanun pozuntuları aşkar edildiyini bildirmişdi.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan İlham Əliyevə zəng etdi
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik: Vətəndaşların yeni maliyyə seçimi
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım
Avtoxuliqanlıq edən sürücü həbs olundu
34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var