XİN rəhbərliyi ilə diplomatik nümayəndəliklərimiz arasında müşavirə keçirilib - FOTO

XİN rəhbərliyi ilə diplomatik nümayəndəliklərimiz arasında müşavirə keçirilib - FOTOXİN rəhbərliyi ilə diplomatik nümayəndəliklərimiz arasında müşavirə keçirilib - FOTO
Xarici İşlər Nazirliyinin rəhbərliyinin Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlar yanında fəaliyyət göstərən diplomatik nümayəndəlikləri ilə video-konfrans formatında görüşü keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindan verilən məlumata görə, görüşdə həmçinin xarici işlər nazirinin müavinləri, xüsusi tapşırıqlar üzrə səfirlər və XİN-in struktur bölmə rəhbərləri iştirak ediblər.
Görüşü giriş sözü ilə açan nazir Ceyhun Bayramov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən, dövlətimizin milli maraqları əsaslanan çox vektorlu xarici siyasət fəaliyyəti, o cümlədən prioritet istiqamətlər və yeni çağırışlar, ikitərəfli və çoxtərəfli müstəvilərdə əlaqələrin inkişafından danışıb. Ötən il dünyanın üzləşdiyi yeni çağırışlara rəğmən ölkəmizin həyata keçirdiyi fəal xarici siyasət, qonşu dövlətlər prioritet təşkil etməklə, bütün dövlətlər ilə əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, dünya miqyasında irəli sürülən təşəbbüslər, beynəlxalq təşkilatlar çərçivəsində fəal iştirakımız və digər məsələlər üzrə konfrans iştirakçılarına ətraflı məlumat verilib.
Xüsusi diqqət ötən ilin 27 sentyabrında Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycanın cavab əməliyyatları və 6 həftə davam edən Vətən müharibəsi nəticəsində əldə olunmuş Zəfərin bölgədə yaratdığı yeni reallıqlara və geosiyasi vəziyyətə ayrılıb. 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasının bölgədə sülh, təhlükəsizlik və tərəqqiyə xidmət etdiyi vurğulanıb. Azərbaycan, eləcə də bölgədəki vəziyyətlə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə ardıcıl və səmərəli şəkildə çatdırılması sahəsində diplomatik nümayəndəliklərimizin fəaliyyətinin əhəmiyyəti qeyd olunub.
Video-konfrans zamanı diplomatik nümayəndəliklərimizin rəhbərləri ilə il ərzində keçiriləcək əsas tədbirlər, bir sıra inzibati və təşkilati xarakterli məsələlər, həmçinin kadr məsələləri üzrə ətraflı fikir mübadiləsi aparılıb. Mövcud yeni reallıqlar şəraitində xarici siyasət kursunun səmərəli şəkildə həyata keçirilməsi ilə bağlı diplomatik nümayəndəliklərimizin təklifləri dinlənilib.
Tədbir iştirakçıları tərəfindən məlumatlandırma və əlaqələndirmənin təmin olunması baxımından onlayn görüşlərin əhəmiyyəti qeyd olunub və bu kimi məsləhətləşmələrin gələcəkdə davam etdirilməsi üzrə razılıq ifadə olunub.
XİN rəhbərliyi ilə diplomatik nümayəndəliklərimiz arasında müşavirə keçirilib - FOTOXİN rəhbərliyi ilə diplomatik nümayəndəliklərimiz arasında müşavirə keçirilib - FOTOXİN rəhbərliyi ilə diplomatik nümayəndəliklərimiz arasında müşavirə keçirilib - FOTOXİN rəhbərliyi ilə diplomatik nümayəndəliklərimiz arasında müşavirə keçirilib - FOTO

Siyasi       Tarix: 13 fevral 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd


son xeberler azerbaycan xeberleri yeni xeberler meherremlik 2026 xeberler bugun cəbhədən son məlumatlar novruz bayramı