Xına qoymaq adı ilə qonşuya çağırılan 15 yaşlı qızı belə oğurlayıblar- TƏFƏRRÜAT

Xına qoymaq adı ilə qonşuya çağırılan 15 yaşlı qızı belə oğurlayıblar- TƏFƏRRÜATŞəki Ağır Cinayətlər Məhkəməsində ötən ilin 7 avqust tarixində Zərdabın Alıcanlı kəndində 15 yaşlı qızı qaçıran şəxslərə hökm oxunub.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü Elvin Məmmədli, onun qardaşı arvadı Aygün Məmmədli və dostu Orxan Səmədov (soyadlar şərtidir) Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndiriliblər.
Məlum olub ki, hadisədən əvvəl Elvin qonşuluqda yaşayan 15 yaşlı qızla evlənmək istədiyini və onu qaçırmağı planlaşdırdığını deyib. Bu məqsədlə o, qardaşı arvadı Aygünün köməyindən istifadə edib. Belə ki, Aygün qonşu qızını saçına xına qoymaq adı ilə aldadaraq yaşadığı evə çağırıb. Burada onlar qızı zorla Orxanın maşınına salaraq Ucar istiqamətinə aparıblar və Aygünün qardaşının evinə gətiriblər.
Daha sonra hadisə ilə bağlı polisə məlumat verilib və yetkinlik yaşına çatmayan qız ailəsinə geri qaytarılıb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elvin Məmmədliyə 10 il 3 ay, onun dostu və avtomobilin sahibi Orxan Səmədova 10 il, Aygün Məmmədliyə isə 5 il azadlıqdan məhrumetmə cəzası verilib. Aygünün cəzası 2 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib və o, azadlıqda qalıb.

Sosial       Tarix: 21 may 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat


yeni xeberler azerbaycan xeberleri son xeberler azerbaycan son xeber bugun metbuat xeberleri kriminal en son xeberleri