Xirdalan şəhərində səyyar qəbul keçirildi - FOTOLAR

Xirdalan şəhərində səyyar qəbul keçirildi - FOTOLARAbşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin Xırdalan şəhər sakinləri ilə səyyar qəbul-görüşü keçirilib.
"Açıq qapı" formatında düzənlənən görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və qəsəbə sakinləri iştirak edib.
İştirakçılar əvvəlcə Xırdalan şəhərində yerləşən Heydər Əliyev Parkında həyata keçirilmiş abadlıq-quruculuq işlərinə və park ərazisində yeni qurulan idman meydançasına baxış keçirmişlər. Görülən işlər barəsində məlumat verilərək bildirib ki, sakinlərin etdiyi müraciətlərdən sonra Heydər Əliyev Parkındakı açıq sahədə idman meydançasının qurulması istiqamətində qərar verilmişdir. Sözügedən sahəyə idman meydançası üçün nəzərdə tutulan xüsusi döşəmələr döşənmiş, əraziyə bir-birindən fərqli 18 idman qurğusu quraşdırılmışdır. Bu qurğulardan təkcə yeniyetmələr və gənclər deyil, eyni zamanda yaşlı insanlar və hərəkət məhdudiyyəti olan sakinlər də yararlana biləcəklər. 
Bundan başqa meydançanın kənarlarına oturacaqlar qoyulmuş, 50-dən çox həmişəyaşıl ağac və gül kolları əkilmişdir. Bununla da park ərazisində yaradılan idman meydançalarının sayı 2-ə çatdırılıb. 
Abdin Fərzəliyev idman meydançasında yaradılan şəraitlə tanış olduqdan sonra şəhər sakinləri ilə görüşmüş, onların istək və arzuları ilə maraqlanmışdır. 
Sonra Heydər Əliyev Mərkəzində baş tutan görüşdə çıxış edən RİH başçısı Abdin Fərzəliyev hər həftə səyyar qəbulların keçirildiyini qeyd edərək, yerlərdə yaranan problemlərin dərindən araşdırıldığını və onların həlli istiqamətində proqramların hazırlandığını qeyd edib. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qələbə qazandığımız 44 günlük Vətən Müharibəsi haqqında danışılaraq bildirilmişdir ki, dövlətçiliyimizə, ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı yönələ biləcək bütün addımlar yerindəcə zərərsizləşdiriləcəkdir. 
Qeyd edilmişdir ki, bütün respublika ərazisində olduğu kimi, Abşeron rayonunda da yaşayan şəhid ailələri və Vətən Müharibəsi iştirakçıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın daimi diqqət və qayğısı ilə əhatə olunub. 
Daha sonra çıxış edən Xırdalan sakinləri yeni məktəb və bağça binalarının tikilməsində, sənədsiz evlərin sənədləşdirilməsində, yağış sularının axıdılması zamanı yaranan kanalizasiya problemlərinin köklü şəkildə həll olunmasında və digər problemlərin aradan qaldırılmasında köməklik göstərilməsini xahiş ediblər.
Sakinlər tərəfindən qaldırılan məsələlər yerindəcə həll olunmuş, müəyyən vaxt tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.
Xirdalan şəhərində səyyar qəbul keçirildi - FOTOLARXirdalan şəhərində səyyar qəbul keçirildi - FOTOLARXirdalan şəhərində səyyar qəbul keçirildi - FOTOLARXirdalan şəhərində səyyar qəbul keçirildi - FOTOLARXirdalan şəhərində səyyar qəbul keçirildi - FOTOLAR

Sosial       Tarix: 31 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbərlər son xabar son xeberler azerbaycan en son xeberleri