Xırdalanda gəlin başqasına qoşulub qaçdı, atası görün nə etdi - Təfərrüat

Xırdalanda gəlin başqasına qoşulub qaçdı, atası görün nə etdi - TəfərrüatXırdalan şəhərində 1965-ci il təvəllüdlü Həmid oğlu Samiri (adlar şərti verilib - red.) qətlə yetirib.
azxeber.com "teleqraf.com"a istinadən bildirir ki, Həmid qızı Sevilin başqa şəxslə uzun illər ər-arvad münasibətində olmasına baxmayaraq əslən Beyləqan rayonundan olan hərbi qulluqçu Vasiflə yaxın münasibət saxlamasından, qızının sonuncuya ailə qurmaq niyyəti ilə qoşularaq getməsindən xəbər tutub.
Həmid qızını Beyləqan rayonundan geri qaytarmasına baxmayaraq qızının yenidən Vasifə qoşularaq qaçmasına əngəl olmaq üçün oğlunun lazımi səy göstərməməsi qənaətinə gəlib.
19 iyun 2022-ci il saat 22 radələrində yüngül dərəcəli sərxoş vəziyyətində evə gəlmiş oğlu ilə bu zəmində mübahisə edən zaman anası və arvadı ona tərəfkeşlik edib.
Həmid oğlu Samiri öldürmək qərarına gəlib. Mətbəxdən bıçaq götürüb və yataq otağına getmək istəyən Samirin əvvəlcə kürəyinə bir, ona tərəf dönən oğlunun boyun nahiyəsinə daha bir xəsarət yetirib. Samir aldığı xəsarətlərdən vəfat edib.
İstintaq orqanı tərəfindən Həmidin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsualla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Həmid ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, qızı Sevilin ailəsi ilə problemləri olub: "Qızım Sadiqlə evli olub. Daha sonra rəfiqələrindən birinə aldanaraq Beyləqana getdi. Onu Beyləqandan yaşadığımız evə geri gətirdidilər. Evdə Samirədən qızımın harada olduğunu soruşdum. Gəlin qızımın yenindən evdən getdiyini, oğlum Samirin onu yola saldığını bildirdi".
Təqsirləndirilən şəxs qeyd edib ki, oğlu Samirə zəng edib, bacısını evdən göndərməyinin yanlış hərəkət olduğunu, ailənin adına ləkə gətirdiyini deyib:
"Telefonda oğlumla mübahisə etdim. Telefon danışığından mənimlə Samirdən başqa heç kimin məlumatı olmayıb. Samir qızımın əri Sadiq və qardaşının axşam bizə gələcəyini bildirdi. Bir qədər sonra oğlum yenidən zəng edərək yalan danışdığını, Sadiqgilin axşam gəlməyəcəyini dedi, mənə öz bildiyini etməyə imkan vermədiyimə görə tənqid etdi. Oğlumla telefonda mübahisə etdikdən sonra evə gəldim.
Axşam saat 21.20-də Samir evə sərxoş halda gəldi. Heç ayaq üstdə belə dayana bilmirdi. Əyləşdikdən sonra mənə qarşı nalayiq təhqiramiz ifadə işlətdi. Mən də ona həddini aşmamasını söylədim".
Həmidin sözlərinə görə, Samir bayırda olarkən dörd nəfər şəxs tərəfindən döyüldüyünü, mobil telefon aparatının da əlindən alındığını deyib: "Ona inanmadım. Avtomobilimin açarlarını götürərək arvadımla birlikdə alışqanın işığında avtomobilin içərisini axtarmağa başladıq. Lakin telefon aparatını avtomobildə tapa bilmədik.
Samir mənim telefonumdan öz mobil nömrəsini yığdı. Nömrəyə zəng çatmadı. Samir əsəbiləşərək anasına doğru yaxınlaşdı və anasını vurdu. Beləcə ara qarışdı".
Təqsirləndirilən şəxs qeyd edib ki, istintaq zamanı da ifadəsində bıçağı divandan tulladığını və Samirə dəydiyini bildirib: "Əsəbi olduğumdan bıçağı divandan Samirə doğru atdım. Əgər oğlumu bıçaqla qəsdən vursaydım, özüm hüquq mühafizə orqanlarına müraciət etməzdim.
Samirə atdığım əşyanın heç bıçaq olduğunun fərqində olmamışam. Bıçağı mobil telefonu zənn etmişəm. Yalnız bıçağı atdıqdan sonra əlimdəki əşyanın bıçaq olduğunu bilmişəm".
Təqsirləndirilən ifadəsində göstərib ki, Samiri bıçaqla iki dəfə yox, bir dəfə vurub. Onun sözlərinə görə, Samir evə girəndə boğazı cırılıb, dörd nəfər şəxslə dalaşaraq evə gəlib.
Həmid törətdiyi əməldən peşman olduğunu söyləyib.
O deyib ki, əvvəllər oğluyla münasibəti yaxşı olub: "Qızım Sevillə bağlı Samirlə aramızda problem yaranana kimi nə qızım, nə də oğlumla heç bir problemim olmayıb. Hadisəyə kimi evimizdə söz-söhbət olmayıb. Mən hadisə günü yox, hadisədən bir gün qabaq yeyib-içmişəm. Hadisə günü alkoqollu içki qəbul etməmişəm".
Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi, həyat yoldaşı Samirənin sözlərinə görə, hadisədən əvvəl də bir dəfə Samiri evdən götürərək gedib: "Həmid ondea Samiri bıçaqlayaraq öldürmək istəyib. Bu səbəbdən biz bir müddət kirayədə qaldıq. Təxminən üç aydan sonra Samir valideynlərinə yazığının gəldiyini, evin tək uşağı olduğunu bildirdi və biz Həmidgilin yanına qayıtdıq.
Həmid həmişə Samirə zülm edib, kim ona nə deyirdisə gələndə Samirlə münaqişə yaradıb. Samirin harasa gedib-gəlməyini belə həmişə problem edib".
Hüquqi varis qeyd edib ki, hadisə gününə gəldikdə, Samirin heç bir təqsiri olmayıb: "Axşam Samir evə çox sərxoş vəziyyətdə gəldi. Elə sərxoş idi ki, heç danışa bilmədi, o ki qaldı kinməsə cavab qaytarsın və ya onu təhqir etsin.
Münaqişə zamanı qaynatam Həmid qızı Sevilə görə əvvəlcə ərim Samirə fiziki xəsarətlər yetirdi. Onun başını qapı taxtasının üzərinə qoydu və başının üzərinə atlandı. Samirə çox ağır fiziki bədən xəsarətləri yetirdi. Mənimlə qaynanam da Samiri onun əlindən ala bilmədik. Bəlkə bıçaqlanmasaydı belə, çox ağır şəkildə döyüldüyü üçün öləcəkdi.
Samiri birtəhər Həmidin əlindən alıb otağımıza doğru apardıq. Onu otağa doğru aparanda Həmid arxadan gələrək onu bıçaqla vurdu. Özü də arxadan iki dəfə vurdu. Samir Həmidə doğru çevriləndə boğaz nahiyəsinə bıçaqla xəsarət yetirdi".
Zərər çəkmiş bildirib ki, əri Samir alkoqollu içkiyə meyilli olmayıb: "Sadəcə, hadisə günü Samir davamlı olaraq Həmid tərəfindən təhqir olunduğu üçün çox içki içmişdi".
Samirə deyib ki, münaqişə Sevil evdən çıxaraq getməsinə görə yaranıb. O, təqsirləndirilən şəxslə barışmadığını qeyd edib: "Həmidin nə səbəbə Samirlə yola getmədiyini tam bilmirəm. Sevilin məsələsinə gəldikdə, o, ailəsi ilə birlikdə yaşamaq istəmirdi. Başqasına qoşulub qaçmışdı.
Daha sonra atası onu evə gətirdi. Bir neçə gün Sevil evdə qaldıqdan sonra Samirə evdən gedəcəyini, iki gün rəfiqəsinin uşaqlarına baxacağını bildirdi. Samir də bacısının getmək istədiyini görərək onu saxlamağın mümkün olmadığını başa düşdü. Bacısına icazə verməsə, onun evdən qaçacağını anladı. Bu səbəbdən də Samir Sevilə iki gün sonra evə qayıtması şərtilə evdən getməsinə razılıq verdi".
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Həmid 17 il müddətinə azadlıqdan məhrum edilib.

Sosial       Tarix: 23 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına 17 may 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının (II cəhd) yekun nəticələrini elan edib. Xatırladaq ki, imtahanının qapalı və kodlaşdırıl

Sumqayıtda 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində öldü

Sumqayıtda 57yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakini, 1969-cu il təvəllüdlü Baytev Mehman Həsən oğlu yıxılıb və müxtəlif dərəcəl

30 manat verməməyə görə evinizi itirə bilərsiniz - Açıqlama

Evlərin sığortalanması mövzusu aktual olsa da, bir çox insanlar bu imkanlardan istifadə etmir. Bunun əsas səbəbləri arasında məlumat azlığı, əlavə xərc kimi qəbul edilməsi və risklərin düzgün qiymətləndirilməməsi göstərilir

Dünya bazarında qızıl və gümüş ucuzlaşdı

Əmtəə bazarlarında qiymətli metalların qiymətlərində enmə müşahidə olunub. KONKRET.azxəbər verir ki, birja məlumatlarına əsasən, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-c

Azərbaycanda 76 yaşlı jurnalistə cinayət işi açıldı

Azərbaycanda dələduzluq edən jurnalistə cinayət işi açılıb.   -a istinadən xəbər verir ki, qəzetlərdən birində müxbir işləyən 76 yaşlı Həmid Bəkirov (ad və soyad şərtidir) dələduzluqda şübhəli ittiham olunub. İttiham aktın

Bu şəxslər sürücülük vəsiqəsini iki ildən bir yeniləməlidir - Açıqlama

Bir sıra ölkələrdə sürücülük vəsiqələrinin etibarlılıq müddəti ilə bağlı müxtəlif yanaşmalar tətbiq olunur. Bu isə zaman-zaman Azərbaycanda da sürücülük vəsiqələrinin ömürlük verilməsi məsələsini gündəmə gətirir. Bəs gələcəkd

Dünya bu tarixdə tam qaranlığa qərq olacaq

Avropa sakinləri son onilliklərin ən möhtəşəm astronomik hadisələrindən birinə hazırlaşırlar. Artıq bu ilin yayında – 12 avqust 2026-cı il tarixində son 27 ildə ilk dəfə tam günəş tutulmasını izləmək mümkün olacaq. "Startlap"

Aclığı saatlarla unutduran 3 qida - Dietoloqlar sirri açdı

Mütəxəssislər uzun müddət toxluq hissi yaradaraq gün ərzində artıq qida qəbulunun qarşısını alan qidaların siyahısını açıqlayıblar. -a istinadən xəbər verir ki, araşdırmalara görə, zülal və liflə zəngin qidalar aclıq hissin

Qlobal qaz qiymətləri yüksəlir: Azərbaycanı nələr gözləyir?

ABŞ-ın Nyu-York əmtəə birjasında (NYMEX) təbii qazın qiymətinin artması qlobal enerji bazarlarında diqqətlə izlənilən hadisələrdən biridir. ABŞ-də baş verən bu bahalaşmanın Azərbaycanın qaz sektoruna təsiri birbaşa olmas


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxeberler son.xeber krminal bu gun xəbərlər