Xırdalanda pilləkənin çökdüyü yaşayış binasında təmir işləri aparılacaq
Xırdalan şəhərində pilləkənin çökdüyü yaşayış binasında təmir-bərpa işləri aparılacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Abşeron Rayon İcra Hakimiyyəti və Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin açıqlamasında bildirilib.
Qeyd olunub ki, müvafiq rəy hazırlandıqdan sonra binada təmir-bərpa işləri görülcək:
"1991-ci ildə sakinlərin istifadəsinə verilən Xırdalan şəhəri, 26-cı məhəllə, 1-ci binanın 1-ci blokunun giriş hissəsində – pilləkən qəfəsində çökmə baş verib.
Dərhal Abşeron Rayon İcra Hakimiyyəti və müvafiq qurumlarının əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və sakinlərin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə müvəqqəti keçid sifariş verilib, Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyatı qurumlarına məlumat verilib.
Çökmə zamanı xəsarət alan olmayıb. Hal-hazırda nazirliyin əməkdaşları ərazini yerində araşdırır və müvafiq rəy təqdim edildikdən sonra təmir-bərpa işlərinə başlanılacaq".
Xatırladaq ki, bu gün Xırdalan şəhərində yaşayış binasının giriş hissəsində pilləkən çöküb.

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi