Xızıda oğurluq edən şəxs saxlanılıb
Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ildən bağlı qalan oğurluq hadisəsinin üstü açılıb.
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Open.az-a verilən məlumata görə, ötən ilin oktyabrın 28-də naməlum şəraitdə Xızı rayonu Giləzi qəsəbəsi ərazisində texniki nasazlıq səbəbindən yol kənarında saxlanılmış "İTM- İstehsalat Tikinti Mexanizasiya MMC"-ə məxsus HOWO markalı yük avtomobilinin ümumi dəyəri 1600 manat olan 4 ədəd təkər komplektinin oğurlanması barədə Xızı RPŞ-nə məlumat daxil olub.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni rayonun Giləzi qəsəbə sakini Alxas Məmmədov tərəfindən törədildiyi müəyyən edilib və həmin şəxs saxlanılaraq istintaqa təqdim olunub.
Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxsin yük avtomobilindən oğurluq yolu ilə əldə etdiyi təkərlərin ikisi, eləcə də oğurluq zamanı istifadə etdiyi alətlərin yeri də müəyyən edilib və şöbə əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
A.Məmmədov dindirilmə zamanı törətdiyi oğurluq hadisəsini etiraf edib. Onun barəsində Xızı RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar
Ararat Mirzoyandan ŞOK AÇIQLAMA: "Sülh müqaviləsindən əvvəl bunu edə bilərik"
Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT
İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü
Tokayev Türkiyəyə gedir
Türkiyədə Azərbaycana dair paylaşımlar edən şəxslər saxlanıldı
Meyvə alarkən bu məqama diqqət edin – Sağlamlığınız təhlükədədir
Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür - Dövlət Bağçalı
Naxçıvanda yeniyetmə bıçaqlandı
Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub