Xocalı faciəsini törədən caniləri məsuliyyətə cəlb edəcəyik – Politoloq
44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. İndi qalib tərəf kimi şərtləri biz diqtə edirik. Bu isə, vaxtilə törətdikləri əməllərin cavabsız qalacağını düşünən erməniləri əməlli-başlı qəzəbləndirib. Belə ki, Erməni nəşri "Hraparak" yazır ki, Azərbaycan Ermənistandan Xocalı soyqırımında iştirak edən erməni komandirlərin cəzalandırılmasını tələb edir. Nəşr yazır ki, 44 günlük müharibədən sonra Əliyevlə Paşinyan arasında danışıqların əsas məqamlarından biri də Xocalı ilə bağlıdır. Qəzet yazır ki, müharibədə əsas hədəflərdən biri də məhz həmin komandirlər idi. Ona görə də Əliyev Paşinyandan Xocalıda iştirak edən komandirlərin adlarını və digər təfərrüatları tələb edir. Əsas tələb odur ki, həmin şəxslər bu və ya digər formada cəzalandırılmalıdır.
Əslində Xocalı faciəsini törədən cinayətkarlar Azərbaycana təhvil verilə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Tofiq Abbasov cavablandırıb. O bildirib ki, Azərbaycan Xocalı faciəsini törədən cinayətkarların bəzilərinə sığınacaq verilib:
"Ermənilər daim qışqır-bağır salmaqla öz "həqiqət"lərini dünyaya çatdırmaq istəyirlər. Onlar özünü 30 il davam münaqişə ərzində zərərçəkən tərəf kimi göstərməyə çalışıb. Lakin indi Azərbaycan informasiya müharibəsində əks-hücuma keçərək reallıqları göz önünə sərir. Bölgədə baş verən hər iki müharibə, itki və dağıntıların əsas səbəbi Ermənistanın əsassız iddiaları ilə bağlıdır. İndi Azərbaycan bölgədə elə bir reallıq yaradıb ki, bizim sözümüz keçir. Azərbaycan Robert Koçaryan və Serj Sarkisyanla yanaşı, bütün Xocalı cinayətkarlarını cəzalandıracaq. Biz onların hər birini məsuliyyətə cəlb edəcəyik. Bəzi dövlətlər bu cinayətkarların bir neçəsinə sığınacaq verib. Lakin əvvəl-axır Xocalı faciəsini törədən caniləri məsuliyyətə cəlb edəcəyik".
T.Abbasov əlavə edib ki, Xocalı soyqırımında iştirak etmiş bütün cinayətkarlar məsuliyyətə cəlb ediləcək:
"Hazırda Ermənistanla Azərbaycan arasında danışıqlar gedir. Brüssel görüşündə bir sıra məsələlərə aydınlıq gətirilib. Prezident İlham Əliyev dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. Daha sonra Paşinyan da bənzər addım atdı. Bütün bunlar onu göstərir ki, Azərbaycanın gündəmə gətirdiyi məsələlər işlək vəziyyətdədir və qarşı tərəf bunu qəbul edir. Şarl Mişel də humanitar məsələlərin də həllini tapmasını vurğulayıb. Təbii ki, Azərbaycanın həmin kontekstdə də tələbləri və gözləntiləri çoxdur. Minlərlə Azərbaycanlı ermənilər tərəfindən öldürülüb, işgəncələrə məruz qalıb. Biz haqlı tələblərimizi ortaya qoyuruq. Lakin proseslərin tənzimlənməsi və işlərin görülməsi üçün sabit şərait lazımdır. Lakin Ermənistanda vəziyyət stabil deyil. Revanşist qüvvələr İrəvanda siyasi sabitliyi bilərəkdən pozur. Onların əsas məqsədi Ermənistan hakimiyyətinin işləməsinə mane olmaqdır. Lakin tələblərimiz qüvvədədir və qarşı tərəf buna razılıq verib. Artıq bu istiqamətdə müvafiq addımlar da atılır. Bu mənada deyə bilərəm ki, Xocalı soyqırımında iştirak etmiş cinayətkarlar hər biri məsuliyyətə cəlb ediləcək".
Şəbnəm Mehdizadə,
KONKRET.az
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə
Xidmetler [newsid: 0-123300]

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun