Xocalı görüşündə nələr baş verib? – Tarixi müzakirənin pərdəarxası məqamları
Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülməramlılarının Xocalıdakı müvəqqəti qərargahında Milli Məclisin deputatı Ramin Məmmədov erməni sakinlərin təmsilçiləri ilə görüşüb.
Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov da iştirak edib.
Prinsip etibarilə belə bir görüşün keçirilməsi gözlənilirdi. Rəsmi Bakı dəfələrlə elan edib ki, Qarabağdakı erməni əsilli şəxslər Azərbaycan vətəndaşlarıdır. Onların ən qısa zamanda Azərbaycan cəmiyyətinə inteqrasiya olunması və mübahisəli məsələlərin ən qısa zamanda həll edilməsi Bakının prioritetdir.
Milli Məclisin deputatı Ramin Məmmədovun erməni sakinlərin təmsilçiləri ilə görüşdə təmas üzrə məsul şəxs qismində iştirak etməsi isə xüsusilə diqqət çəkir. Ehtimal ki, bu qəbildən görüşlər bundan öncə də olub və Bakı hazırda kartlarını açıq oynayır. Bu həm də onu deməyə əsas verir ki, Bakı prosesi ən qısa zamanda bitirmək niyyətindədir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədovun da görüşdə iştirak etməsi onu deməyə əsas verir ki, görüşdə əsasən Bakının şərtləri, istəkləri müzakirə dilib. Ehtimal müzakirə mövzuları isə bunlardır:
1. Laçın dəhlizinə Rusiya sülhməramlıları ilə birlikdə Azərbaycan təhlükəsizlik qüvvələrinin də nəzarət etməsi;
2. Ermənistandan Qarabağa silah-sursat və bu qəbildən daşınmaların dayandırılması;
4. Azərbaycan torpaqlarının qanunsuz istismarı və Ermənistana təbii sərvətlərin qanunsuz daşınması;
5. Şuşa-Xankəndi yolunda davam edən aksiya iştirakçılarının tələblərinin yerinə yetirilməsi.
Görüşün Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərindən sonra baş verməsi həm də onu deməyə əsas verir ki, Kreml Bakının şərtlərini qəbul edib.
Erməni əsilli sakinlərin təmsilçiləri ilə görüşlərin bundan sonra da keçirilməsi gözlənilir. Bakı prosesin ən qısa zamanda ərazi bütövlüyü çərçivəsində yekunlaşmasında maraqlıdır. Növbəti görüşlərin Gəncə və ya Bakıda keçirilməsi mümkündür.
Müəllif: Politoloq Turan Rzayev / azxeber.com
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir