Xocalı qatili Madat Babayanın hansı maddələrlə ittiham edildiyi məlum oldu

Xocalı qatili Madat Babayanın hansı maddələrlə ittiham edildiyi məlum olduBu ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində qanunsuz silahlı birləşmələrə daxil olmaqla "AKM" avtomatı ilə silahlanıb, mütəşəkkil dəstə halında milli ədavət və düşmənçilik niyyəti ilə terrorçuluq əməlləri törətməkdə şübhəli bilinən Madat Babayanın Cinayət Məcəlləsinin hansı maddələri ilə ittiham olunduğu məlum olub.
"Report"un əldə etdiyi məlumata görə, ona qarşı 5 maddə üzrə ittiham irəli sürülüb.
Həmin maddələr aşağıdakılardır:
- 214.1 (Terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə),
- 214.2.2-ci (terrorçuluq, təkrar törəldikdə),
- 214.2.3 (terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə),
- 228.3 (mütəşəkkil dəstə tərəfindən təkrar qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə),
- 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma və onların fəaliyyətində iştirak etmə).
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata əsasən bu ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində qanunsuz silahlı birləşmələrə daxil olmaqla "AKM" avtomatı ilə silahlanıb, mütəşəkkil dəstə halında milli ədavət və düşmənçilik niyyəti ilə terrorçuluq əməlləri törətməkdə şübhəli bilinən Babayan Madat Arakeli Kəlbəcər rayonunun Qozlukörpü kəndi ərazisində tərk-silah edilərək saxlanılıb.
İstintaq zamanı təqsirləndirilən şəxs Madat Babayan ifadəsində digər xüsusatlarla yanaşı həmçinin bildirib ki, 1992-ci ilin fevral ayında Xocalı faciəsinin törədilməsində iştirakçı olmuş, 24 fevral 1992-ci il tarixində "Xolostoy" ləqəbli Ermənistan silahlı qüvvələrinin polkovnik-leytenantı Arkadi Şirinyanın rəhbərliyi altında Kəlbəcər rayonunun Çapar, Qozlu və Qozlukörpü kəndlərinin sakinlərindən ibarət erməni silahlı birləşmələrinin tərkibində Kəlbəcərin Yayıcı, Heyvalı və Zəylik kəndlərindən gələn digər erməni silahlıları ilə Xocalı rayonunun Təzəbinə kəndində birləşərək azərbaycanlı əhalini məhv etmək məqsədilə qabaqcadan qurulmuş plana uyğun olaraq, 25 fevral 1992-ci il tarixində gecə saat 23:00 radələrində Xankəndi şəhərindən Xocalı şəhəri istiqamətində edilən hücum zamanı xilas olmaq üçün Əsgəran rayonuna tərəf qaçmaq istəyən, əksəriyyəti qadın, uşaq və qocalar olmuş 150 nəfərdən çox əliyalın şəxsdən ibarət mülki əhalini həmin ərazidə pusquya salaraq avtomat silahlarından atəş açmaqla qətlə yetiriblər.
Eyni zamanda Madat Babayan 26 fevral 1992-ci il tarixində azərbaycanlıların meyitlərini yığdıqları zaman Vamik Petrosyan, Şirin Şirinyan və digər dəstə üzvləri tərəfindən meyitlər üzərində təhqiredici hərəkətlərin törədilməsini, bundan başqa 100-dən çox mülki Xocalı sakininin əsir düşdüyünü müşahidə edib.
Madat Babayan 1992-ci il fevralın 26-da Xocalıda olan erməni silahlıları ilə birlikdə şəhərdə azərbaycanlılara məxsus olan əmlakların talan edilməsi və törədilən kütləvi insan qırğını faktlarının gizlədilməsini təmin etmək üçün Xankəndi istiqamətində Xocalı-Ballıca-Xankəndi yolayrıcında silahlı post qurduqlarını, üç gün sonra isə bu postda xidmət apardığı vaxt Xocalıda qətlə yetirilən azərbaycanlıların meyitlərinin üç yük avtomobilində gətirildiyini, həmin postdan təxminən 400 metr məsafədə Qarqar çayının sol sahilində qazılan əraziyə tökülərək kütləvi basdırıldığını qeyd edib, eləcə də 1992-ci ilin fevral-mart aylarında Xocalıda törədilən talanlar barədə məlumat verib.
İfadənin yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilərkən, Madat Babayan mülki əhaliyə qarşı cinayət əməllərinin törədildiyi yerləri əyani şəkildə göstərərək bu barədə ətraflı məlumat təqdim edib.
Bundan əlavə, Madat Babayan əsir götürülmüş və qanunsuz olaraq Qozlukörpü kənd məktəbində saxlanılmış, amansız rəftar və işgəncələr nəticəsində ölmüş azərbaycanlıların meyitlərini Qozlukörpü kəndində şəxsən dəfn etdiyi yerləri də göstərib.
Hazırda qeyd olunan və digər əlaqəli cinayətlərlə bağlı kompleks araşdırmalar aparılır.

Siyasi       Tarix: 03 noyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyə MN Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Türkiyə MN-in "X" hesabında bildirilib. "Həmişə bir olacağıq, bir ürək, bir yumruq

Köçəryanın gizli görüntüləri ilə bağlı yeni qalmaqal

Ermənistanda keşmiş prezident Robert Köçəryanın hava limanındakı görüntülərinin mediaya sızdırılması ətrafında qalmaqal böyüyür. xəbər verir ki, Ermənistan Ədliyyə Nazirliyinin Şəxsi Məlumatların Mühafizəsi Agentliyi mediad

Tramp İranı atəşkəsi pozmaqda ittiham edib

İran İslam Respublikası Hörmüz boğazından keçən gəmilərə ən azı dörd dəfə dronla hücum edib. KONKRET.azxəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da yazıb. Onun sözlərinə görə, dronlarda

İrandan daha bir Hörmüz açıqlaması

Hörmüz boğazından təhlükəsiz keçid qeyri-müəyyən planlar, alternativ marşrutlar və ya sahilyanı dövlət kimi İranın fikirləri nəzərə alınmadan qəbul edilən qərarlar vasitəsilə təmin oluna bilməz. KONKRET.azxəbər verir ki

İran və ABŞ arasında qarşılıqlı hücumlar artır – SON VƏZİYYƏT

İran və ABŞ Körfəzdə hücumları davam etdirib. Tərəflər iki həftədən az əvvəl imzalanmış və dörd aydır davam edən müharibəyə son qoymalı olan müvəqqəti razılaşmanın pozulmasına görə bir-birini ittiham edirlər. KONKRET.azxəbə

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb. xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb. Telefo

Türk düşmənləri Trampa qarşı birləşdi: "Ərdoğanı silahlandırma..."

ABŞ Konqresində Prezident Donald Tramp administrasiyasının Türkiyəyə qırıcı təyyarələr üçün mühərrik satışı və Ankaranın yenidən F-35 qırıcı proqramına qaytarılması ilə bağlı qərarını əngəlləməyə çalışacaqlar. xəbər veri

ABŞ Yaxın Şərqdəki bazalarını köçürməyə hazırlaşır

Pentaqon Yaxın Şərqdə yeni hərbi əməliyyatlar baş verəcəyi təqdirdə İrandan potensial zərəri azaltmaq üçün Səudiyyə Ərəbistanı və Küveytdəki hərbi bazalarını köçürməyi nəzərdən keçirir. KONKRET.azaxaraz-a istinadən xəbə

Araz dəhlizi nə vaxt açılacaq? - "2 il yarım qalıb"

Prezident İlham Əliyev və  İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf arasında görüşdə Ağbənd-Kəlalə körpüsünün tikintisinin başa çatdığı və Araz dəhlizinin artıq hazır olduğu bildirilib. "Yəqin ki, ümum


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler azerbaycan son xeberler 2026 xabarlar maraqlı xəbərlər