Xocalıda qalıqları aşkarlanan iki nəfərlə vida mərasimi keçirilib
Xocalı faciəsi zamanı itkin düşən, şəhər işğaldan azad edildikdən sonra meyitinin qalıqları tapılan Əli Cavadov və Şiraslan Nəcəfovla 32 ildən sonra vida mərasimi keçirilib.
Vida mərasimi Xocalıdan olan keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Goranboyda baş tutub.
Qeyd edək ki, Xocalı faciəsi zamanı şəhid olan hər iki sakinin ailəsi Goranboy rayonunda məskunlaşıb. Üç qız, üç oğul atası olan Əli Cavadov 39 yaşında, səkkiz övladı olan Şiraslan Nəcəfov isə 40 yaşında öldürülüb. Onlar həm də yeznə-qayın olublar.
Sabah onların nəşi Xocalı şəhərinə aparılaraq orada torpağa tapşırılacaq.
Xatırladaq ki, Xocalı faciəsi zamanı itkin düşən hər iki şəxsin qalıqları, azad Xocalıda həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı aşkarlanıb.
Baş Prokurorluq və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində aşkar edilmiş insan qalıqlarının müayinəsi zamanı onların müxtəlif üsullarla işgəncə, fiziki zorakılıq və qeyri-insani rəftara məruz qalmaları, fərdi şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları, həmçinin tapıla bilmələri üçün lazımi qaydada qorunmaları və nişanlanmalarının təmin olunmaması müəyyən edilib./report


Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR