Xoş ətri və dadı ilə süfrənizə rəng qatan ƏDVİYYATLARIN FAYDALARI

Xoş ətri və dadı ilə süfrənizə rəng qatan ƏDVİYYATLARIN FAYDALARIŞirniyyatlara və yeməklərə əlavə ləzzət qatan ədviyyalar, sağlamlıq üçün də olduqca faydalıdır.
Qədim dövrlərdən bəri şəfa mənbəyi olaraq istifadə edilən ədviyyatlar, bu gün də bir çox xəstəliyə qarşı qoruyucu təsir göstərir və yaranma risqini aşağı salır.
Milli.Az Lent.az-a istinadən təkcə dadı ilə deyil eyni zamanda sağlamlığa faydası ilə seçilən bir neçə ədviyyatı sizə təqdim edir.
Sarıkök
Sarıkök tərkibindəki antioksidan birləşmələr sayəsində sağlamlıq üçün vacib bir ədviyyatdır. Tərkibi yod, fosfor, dəmir, kalsium, C, B1, B2, B3 vitaminlər ilə zəngindir.
Təzə sıxılmış sarıkök şirəsi müxtəlif dəri xəstəliklərinin sağalmasına kömək edir.
O müxtəlif xərçəng xəstəliyi növlərində də müalicəvi təsir göstərir. Öd kisəsi xəstəlikləri olan insanların sarıkök istifadə etməsi tövsiyyə olunmur.
Darçın
Darçın xoş ətri və ləzzəti ilə bərarər, tərkibi faydalı vitamin və mikroelementlərlə zəngindir. O immun sistemini gücləndirir, orqanizmin virus və mikroblara qarşı müqavimtini artırır. Soyuqdəymə və qrip zamanı darçından faydalanmaq olar. O eyni zamanda stress və narahatlığı aradan qaldırmağa da kömək edir.
Zəncəfil
Zəncəfil qədim zamanlardan bu yana möcüzəvi sağlamlıq vasitəsi kimi istifadə edilir. O həzmi yaxşılaşdırır, qan dövranını sürətləndirir və bədən temperatorunu tarazlaşdırır. Tərkibi faydalı mineral və vitaminlərlə zəngin olan bu ədviyyatın tənəffüs yolu, şəkərli diabet kimi xəstəliklərin müalicəsində istifadəsi müsbət nəticə verir.
Zəfəran
Azərbaycanda istifadəsi olduqca populyar olan bu ədviyyatın tərkibində 150-dən çox xüsusi maddə var. C vitamini, maqnezium, dəmir, kalsiumla zəngin olan zəfəran qandakı şəkərin miqdarını tənzimləyir. Arıqlamaq istəyənlər üçün də istifadəsi oldqca əlverişlidir, çünki, iştahı azaldır. Bundan əlavə o, xərçəng risqini azaldır. Lakin hamilələr üçün zəfərandan istifadə etmək təhlükəli hesab olunur.
İstiot
Gündəlik məişətdə istiotun bir neçə növündən (ağ, qara yaxud qırmızı istiot) istifadə olunur. İstiot potasium, maqnezium, dəmir, C vitamini və faydalı minerallarla zəngindir. Öskürək, soyuqdəymə və qripin qarşısını almağa, həzm sistemini yaxşılaşdırmağa kömək edir. Diş çürüməsinə qarşı istifadəsi də olduqca effektivdir.
Hil
Hil efir yağları, kalsium, fosfor, maqnezium, sink, dəmir, B qrupu vitaminləri, C vitamini ilə zəngindir. O, orta əsrlərdə Asiyada dərman kimi istifadə edilir və apteklərdə satılırdı. Məhz bu səbəbdən də hil, "Kralların ədviyyatı" adlandırılır.
Hil təbii antiseptik hesab edilir və mikrobları məhv etmə gücünə sahibdir. O, ağızdan gələn pis qoxunu aradan qaldırır, həzm sistemini yaxşılaşdırır, xərçəng risqini azaldır.
Milli.Az  /news.milli.az

Sağlamlıq       Tarix: 19 iyul 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberlər valyuta mezennesi 2026 sonxeber xeber.az 2026